Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR istiqrazlarına tələbat kəskin artıb.
ONN media-nın Report-a istinadən xəbərə görə, bu barədə istiqrazın market-meykeri olan “PSG Kapital” şirkəti məlumat yayıb.
Şirkətdən bildirilir ki, son günlər istiqrazların alışı üçün “PSG Kapital”ın “ASAN 1” və “ASAN 5” xidmət mərkəzlərindəki satış nöqtələrinə müraciətlər çoxalıb. Artım özünü həm müraciətlərin, həm də sifarış edilən istiqrazların sayında göstərir.
“Müraciətlər həm Bakı, həm də respublikanın bölgələrindən daxil olur. SOCAR İstiqrazı almaq istəyənlər arasında yeni müştərilər üstünlük təşkil edirlər. Əvvəlki müştərilər isə istiqraz portfellərini daha da böyütmək üçün təkrar bazardan yeni qiymətli kağızlar alırlar”, - deyə investisiya şirkətindən bildirilib.
Bildirilir ki, istiqraz alıcıları arasında fiziki şəxslər xüsusilə aktivdir.
“SOCAR istiqrazlarının alınması üçün əhalidən gələn müraciətlər xeyli artıb. Vəsaitlərini istiqrazlarda saxlamaq istəyən hüquqi şəxs və şirkətlərdən də müraciətlər daxil olur”.
SOCAR istiqrazlarına tələbatın artması istiqrazların satış göstəricilərində də əksini tapıb. Bu ilin əvvəlindən indiyədək istiqrazlarla əməliyyatların həcmi 10 mln. dolları keçib.
Tələbatın yüksək olmasını göstərən digər məqam təkrar bazarda onun alış-satış qiyməti ilə bağlı baş verən dəyişiklikdir. Belə ki, artıq bir neçə aydır ki, SOCAR İstiqrazları ilə əməliyyatlarda istiqrazın bazar qiyməti onun cari qiymətindən (yəni, əsas vəsait + həmin günədək hesablanmış faiz) daha yüksək olub. Başqa sözlə, alıcılar istiqrazları almaq üçün hesablanmış faizlərdən də artıq vəsait ödəməyə hazırdırlar.
İstiqrazlara tələbatın artması özünü qiymətli kağızın qiymətində də göstərib. Bir neçə gün əvvəl təkrar bazarda SOCAR istiqrazlarının satış qiyməti artaraq 1 006-1 011 dollara yüksəlib. Amma hətta bu qiymətə də istiqraz almaq istəyənlərin sayı böyükdür.
“PSG Kapital”dan bildirilib ki, istiqrazlara tələbatın artması həm qiymətli kağızların xüsusiyyətləri, həm də son günlər baş verən bəzi iqtisadi proseslərlə bağlıdır.
“Son dövrlərdə banklar dollar əmanətlərinin faizlərini həddən artıq aşağı saldıqlarına görə, banklara dollar əmanəti yerləşdirmək sərfəli deyil və SOCAR istiqrazları dollarla olan vəsaitləri yatırmaq üçün ən sərfəli variantdır.
Bəzi banklarda dollar əmanəti üzrə faizlər 1%-dən də aşağı səviyyəyə enib. Bu faizlərlə həmin əmanətin gətirdiyi qazanc, texniki xərclərin ödənilməsinə belə kifayət etmir. Başqa sözlə, bu əmanətlər faktiki olaraq gəlir gətirmir.
Belə vəziyyətdə SOCAR İstiqrazı kimi etibarlı qiymətli kağızın təklif etdiyi illik 5% gəlirlilik olduqca yüksəkdir. Artıq müştərilər də bunu görür və istiqrazların üstünlüyünü qiymətləndirirlər”.
İstiqrazlara tələbatın yüksəlməsinin digər səbəbi əhalinin bu kağızın üstünlükləri barədə məlumatının artmasıdır. Yüksək gəlir, dərhal pula dəyişmək və hissə-hissə satmaq imkanı SOCAR istiqrazlarını müştərilər üçün daha cəlbedici edir.
“SOCAR-ın geri alma zəmanəti nəticəsində bu istiqrazları dərhal satmaq mümkündür və onların qiyməti heç vaxt nominal qiymətdən aşağı düşmür. Bu - müştərilər üçün böyük üstünlük və stimuldur”, - deyə “PSG Kapital”dan bildirilib.
Bir qədər əvvəl start verilən repo əməliyatları isə SOCAR istiqrazı sahiblərinə öz qiymətli kağızlarını girov qoyaraq, ən aşağı faizlə (illik 3,5%) kredit götürməyə imkan verib. Hazırda istiqraz sahibləri bu imkandan geniş istifadə edirlər.
Xatırladaq ki, ölkədə ən çox alınıb-satılan qiymətli kağız olan SOCAR istiqrazları 2016-cı ilin oktyabrında dövriyyəyə buraxılıb. Nominal qiyməti 1 000 ABŞ dolları olan istiqrazların illik gəlirliliyi 5% və ya hər istiqraza görə ildə 50 dollardır. İstiqrazlar üzrə faizlər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir.
İndiyədək SOCAR istiqrazları üzrə 5 dəfə faiz ödənişi (4 ödəniş 2017-ci ildə, 1 ödəniş 2018-ci ildə) edilib. İstiqraz sahibləri indiyədək bu qiymətli kağızlardan 6,25 mln. dollar gəlir götürüblər. İstiqrazlar üzrə növbəti faiz ödənişi apreldə həyata keçiriəcək.
[embed]http://www.youtube.com/watch?v=C6FKsfukr4I[/embed]



SOCAR istiqrazlarına görə kupon ödənişinin vaxtı açıqlandı
"2018-ci ildə Azərbaycanın kapital bazarında dövriyyə təxminən iki dəfə artıb" — AFBİA
SOCAR İsraildə neftayırma zavodu almaq istəyir?
DİQQƏTLİ OLUN- SOCAR-a işə düzəltmək adı ilə...
SOCAR neft və qaz hasilatını artırıb
SOCAR əhaliyə müraciət etdi
SOCAR adını dəyişdirdi
Azərbaycanda neft və qaz hasilatı artıb
SOCAR adından edilən bu təkliflərə aldanmayın!
“SOCAR Türkiye”də yeni təyinat oldu
SOCAR-ın ofisinə hücum edən 13 nəfər saxlanıldı
"SOCAR Türkiyə"nin investisiya xərcləri 16 milyardı ötdü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 