"Azərbaycanda 2006-cı il yanvarın 1-dək sığorta borcu yaranmış şəxslərin borcları silinəcək. Çünki bu gün prezident İlham Əliyevin imzası ilə Milli Məclisə "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi ilə bağlı müraciət daxil olub".
ONN media bildirir ki, bu sözləri Milli Məclisin deputatı, Azərbaycanın Baş nazirinin sabiq birinci müavini Vahid Əhmədov bildirib.
Azərbaycanda sığorta amnistiyasının olacağını vurğulayan V.Əhmədov təqribən 365 milyon manat vəsaitin silinəcəyini söyləyib:
"Burada təqribən 365 milyon manatdan söhbət gedir. Bunun da təqribən 270 milyon manatı borc vəsaitidir".
Deputat 2006-cı ildən sonrakı müddətdə yaranan sığorta borclarının da ödənilməsi və ya silinməsi ilə əlaqədar təkliflər olduğunu deyib:
"Əlbəttə ki, bütün bunlar nəzərə alınacaq. Yəqin ki, yaxın günlərdə bu məsələ Milli Məclisin iclaslarında müzakirə olunacaq".
V.Əhmədov Azərbaycanda problemli kreditlərlə bağlı da hümanist addımlar atılmasına ehtiyac olduğunu söyləyib:
"Azərbaycanda bəzi kredit borcları ilə bağlı qərar verilməsinə ehtiyac var. Çünki Azərbaycanda kredit borcları artıq milyard manata çatıb. Bu sahədə müəyyən qərarlar qəbul edilsə, bu, əhalinin maddi təminatının yaxşılaşdırılmasına kömək etmiş olar. Kredit borcları ilə bağlı mən və Əli Məsimli müvafiq təkliflər irəli sürmüşük. İndi dövlət başçısı istənilən vaxtı müvafiq qərar qəbul edə bilər".



Bu barədə qanun qəbul edildi
Azərbaycanda məcburi dövlət sosial sığorta amnistiyası gözlənilir
Qanun layihəsinə dəyişiklik I oxunuşda qəbul edildi
Azərbaycanda deputatlara sığorta ödənişi ediləcək
Azərbaycanda yeni Fond yaradıldı
Milli Məclisin iclası başladı
Bu müəssisələrin borcları silinəcək
İşsizlikdən sığorta fondunun büdcə layihəsi müzakirəyə çıxarılır
Qanuna dəyişiklik qəbul edildi
Nazirlikdən ŞAD XƏBƏR- Borclar silinir
Sürücülərə MÜJDƏ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 