"Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" qanun layihəsinə edilən dəyişikliyə əsasən 373,7 sığorta edənin və 317 min sahibkarın borcları silinir.
ONN media xəbər verir ki, bu fikirləri parlamentin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" qanun layihəsini təqdim edərkən deyib.
Millət vəkili bildirib ki, bu dəyişikliklə sahibkarların iş şəraiti yaxşılaşdırılır:
"Bu ölkə prezidentinin diqqət və qayğısının nəticəsidir. Sahibkarları gələcəkdə belə borclar yaratmamağa sövq edəcək. Bu qanun əmək pensiyalarının vaxtında maliyyələşməsinə şərait yaradacaq".
H.Rəcəbli bildirib ki, qanuna edilən dəyişikliyə əsasən, 2006-cı ilə qədər olan sığorta borcları silinir: "Bu təxminən 100 milyon manat təşkil edir. 2006-2015-ci ilin yanvarın 1-nə qədər olan borca görə cərimələrin silinməsi isə təxminən 55 milyon manatdır. 2015-ci il yanvarın birindən 2018-ci ilin aprelin birinədək olan borcların məbləği 26.7 milyon manatdır".
Deputat Əli Məsimli isə belə bir qanun layihəsinin hzırlanmasına görə prezidentə təşəkkür edib. Deputat deyib ki, belə bir qanun layihəsi dollar kreditləri ilə bağlı da verilə bilər: "Buna da ciddi ehtiyac var. Bizə şikayət edən insanların 90 faizindən çoxu dollarla krediti olan vətəndaşlarımızdır".
Hesabat məlumatlarına görə, sığorta edənlərin məcburi dövlət sosial sığorta haqları üzrə 1 yanvar 2006-cı il tarixə olan 199,6 milyon manat borcundan yalnız 50 faizi və ya 99,3 milyon manatı 1 yanvar 2018-ci il tarixinədək ödənilib. Beləliklə, sığorta edənlər üzrə 12 il ərzində ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcun məbləği 100,2 milyon manat təşkil edir. Ümumilikdə isə "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" qanun layihəsi ilə sığortaedənlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun uçot sistemində mövcud olan məcburi dövlət sosial haqları və məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış pensiya) üzrə borclarının 155,3 milyon manat hissəsinin silinməsi, 26,7 milyon manat hissəsinin isə tənzimlənməsi nəzərdə tutulur. Bundan əlavə, qanun layihəsi ilə 373,7 min sığorta edənin, o cümlədən 217 min sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin məcburi dövlət sosial sığortası üzrə borcları tənzimlənəcək.(publika.az)



Azərbaycanda məcburi dövlət sosial sığorta amnistiyası gözlənilir
Nazirlikdən ŞAD XƏBƏR- Borclar silinir
Əhalinin bu borcları silindi
Borclar silinir - ŞAD XƏBƏR
365 milyon borc silinəcək
Bu müəssisələrin borcları silinəcək
“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik qüvvəyə minib
Qanun layihəsinə dəyişiklik I oxunuşda qəbul edildi
Qanun DƏYİŞDİ: Azərbaycanda bu şəxslər 12 ayadək ƏLAVƏ ÖDƏNİŞ ALACAQ
Ünvanlı sosial yardım alanların NƏZƏRİNƏ
Hərbi qulluqçularla bağlı VACİB XƏBƏR - Qanuna dəyişiklik edilir
MDB-də birinci yerdəyik - Nazir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 