Son aylarda ərzaq məhsullarında müəyyən qiymət dalğalanmaları müşahidə edilsə də, Bakıdakı ət bazarında qiymətlər sabit olaraq yüksək qalır.
İstehlakçılar ucuzlaşma gözləsələr də, nə qoyun, nə də mal əti qiymətlərində ciddi azalma qeydə alınmayıb.
Bəs bunun səbəbi nədir? İdxal və yerli istehsalın nisbəti, yemin bahalaşması, bazar tənzimləmələri və digər iqtisadi amillər qiymətlərin yüksək qalmasına necə təsir edir?
Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimliyə müraciət etdik. Ekspert BAKU.WS-ə açıqlamasında bildirdi ki, bazarda məhsul bol olanda qiymət aşağı düşür:
"Məhsul qıt olanda qiymət artır. Eyni zamanda alıcı bol olanda qiymət artır, az olanda isə qiymət düşür və yaxud da qıtlıq olur. İdxalın olması qiyməti stabilləşdirən, aşağı salan faktordur.
Amma idxal qiymətləri artanda sahibkar onu baha gətirib, ucuz satmır. O halda baha gətirib ucuz satır ki, müflis olsun. Qiymətin artmasına səbəb odur ki, həm idxal qiymətləri artır, həm də yerli ət məhsullarının mayası artır. Digər tərəfdən də əhalinin tələbatı çoxalır. Həm ət kəsimində, həm də balıq kəsimində son 10 ildə əhalinin istehlakı 20 faiz artıb. Bunun özü də qiyməti artıran faktordur.
Həmçinin əhalinin sayı və alıcılıq qabiliyyəti də artır, qazancı çoxalır. Bu, imkan verir ki, bahalaşan qiymətlər fonunda da əhali ət almağa davam etsin. Stabilləşmə o vaxt olacaq ki, əhali mövcud qiymətlə ət almaq imkanına malik olmasın. Ət əvəzinə digər ərzaqları qəbul etsin. Digər hal isə daha çox məhsul istehsal edəndə ola bilər.
Hazırda statistika onu göstərir ki, iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı aşağı düşüb. Bu sahə ilə məşğul olan şəxslər də get-gedə azalır. Eyni zamanda otlaq sahələri də əvvəlki illərə baxanda azalır. Pulsuz otlaq ərazilər və yemlər azaldıqca, heyvanlara pulla yem alıb vermək lazım olur.
Azərbaycan ucuz əti əsasən Rusiya və Ukraynadan idxal edir. Ukrayna müharibəyə görə əvvəlki kimi ixrac edə bilmir, Rusiyada isə qiymətlər nisbətən bahalaşıb. Məhz buna görədir ki, xaricdən gətirilən ət məhsulları da baha başa gəlir. Nəticədə Azərbaycan bazarında elə də ucuz qiymətə satışa çıxarılmır".



Marketlərdə qiymət artımı nədən qaynaqlanır?
Maşın bazarında ucuzlaşma olacaq — EKSPERT
Pandemiya dövründə qiymətlər bahalaşacaqmı?
Məktəbli ləvazimatları bahalaşıb - Qiymətlər necə tənzimlənir?
Tikinti bazarında son durum necədir?
Ölkədə ərzaq bahalaşmasının SƏBƏBİ nədir?
Sınaq imtahanları ilə bağlı daha bir açıqlama
Azərbaycanda toyuq əti bahalaşdı
Qarpızın qiyməti ilə bağlı AÇIQLAMA
İlin-günün bu vaxtında meyvə-tərəvəzin qiyməti NİYƏ BAHADIR?
Ətin ucuzlaşmasına səbəb nədir?
Azərbaycanda benzin bahalaşır? – ŞOK AÇIQLAMA
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 