Dizel və benzinin qiymətinin qalxması ictimai nəqliyyatda və taksi xidmətlərində dərhal tarif artımı olacağı anlamına gəlmir. Daşıyıcılar və operatorlar qiymətləri yüksəltmədən də artan xərcləri kompensasiya edə bilərlər. Bunun üçün effektiv idarəetmə, texnoloji həllər, yanacaq səmərəliliyinin artırılması və marşrutların optimallaşdırılması kimi alternativ yollar mövcuddur.
Bu sözləri açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov yanacaq qiymətlərindəki artımın mümkün təsirlərindən danışarkən deyib.
“Rəqəmsal planlama sistemlərindən istifadə, hibrid və elektrik avtobusların tətbiqi uzunmüddətli perspektivdə yanacaq xərclərini əhəmiyyətli dərəcədə azalda bilər. Bu il ərzində ictimai nəqliyyatda avtobus seqmenti üzrə “brutto müqavilə” mexanizminin tətbiqi nəzərdə tutulur və artıq bununla bağlı hazırlıqlar gedir. Bu mexanizm çərçivəsində dövlət ictimai nəqliyyatı subsidiyalaşdıracaq.Məhz bu səbəbdən tariflərin kəskin şəkildə bahalaşacağını real hesab etmirəm”, - o bildirib.
Eldəniz Cəfərov qeyd edib ki, taksi qiymətləri onsuz da dinamik və dəyişən xarakter daşıyır:
“Tariflər sutkanın saatlarına, hava şəraitinə və tələbat səviyyəsinə görə formalaşır. Bu baxımdan yanacaq qiymətindəki artımın avtomatik olaraq taksi xidmətlərində bahalaşmaya səbəb olacağını demək düzgün deyil.
Daşıyıcılar texnoloji yeniliklər və əlavə gəlir mənbələri hesabına xərcləri optimallaşdıraraq qiymət artımına getmədən fəaliyyətlərini davam etdirə bilərlər”.



Avtobuslarda gediş haqqı 40-50 qəpik olacaq — AÇIQLAMA
Marketlərdə kəskin bahalaşma – Qiymətlər NƏ QƏDƏR ARTDI?
SOCAR-dan benzinin bahalaşmasına MÜNASİBƏT
"Azpetrol"un rəhbərindən benzinin qiyməti ilə bağlı AÇIQLAMA
Deputatdan əhaliyə bəd xəbər- "METRODA GEDİŞHAQQI BAHALAŞACAQ"
Elektrik enerjisinin qiyməti kəskin bahalaşdı
Avtobuslarda gediş haqqı 50 qəpik olacaq – İDDİA
Taksi şirkətləri qiyməti qaldırır? - Açıqlama
Sabahdan Azərbaycanda benzin BAHALAŞIR
SOCAR Ermənistan bazarına bu cür girir
Vahid taksi xidməti yaradılacaq? - Nazir müavini açıqladı
Avtobuslarda gediş haqqı artırılacaq? - AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 