Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə sənaye, logistika və nəqliyyat sahələrində birgə müəssisələrin yaradılmasında maraqlıdır.
ONN media Trend-ə istinadla xəbər verir ki, bunu Azərbaycanın Dubaydakı ticarət nümayəndəsi Elnur Əliyev deyib.
E.Əliyev bildirib: "Eyni zamanda, biz ölkəmizə çoxlu sayda ərəb şirkətlərinin cəlb olunmasında maraqlıyıq, çünki Azərbaycan regionda qonşu ölkələrin əsas bazarlarına çıxışı olduğundan, coğrafi mövqeyinə görə xarici investorlar üçün ideal bazardır".
O qeyd edib ki, bu gün Azərbaycanda 250-dən çox BƏƏ şirkəti fəaliyyət göstərir. Ölkələr arasında Bakı-Dubay-Bakı, Bakı-Şarca-Bakı aviareysləri işləyir.
Ticarət nümayəndəsinin sözlərinə görə, ümumilikdə Azərbaycan və BƏƏ-nin sənaye, nəqliyyat, ticarət, investisiya, kənd təsərrüfatı, turizm, yüksək texnologiyalar sahələrində əməkdaşlıq üçün böyük potensialı var və bu sahələrdə işbirliyini uğurla inkişaf etdirə bilərlər: "Hazırda ölkələr arasında əmtəə dövriyyəsinin artım dinamikasının sürətləndirilməsi istiqamətində ciddi işlər aparılır".
E.Əliyev deyib ki, Azərbaycan məhsullarının BƏƏ-yə ixracının əsas payı Dubaya düşür, bura əsasən kənd təsərrüfatı məhsulları tədarük edilir: "Dubaya böyük həcmdə meyvə-tərəvəz və nisbətən kiçik həcmdə ət ixrac olunur. Gələcəkdə Dubay bazarının tələbatını və Azərbaycanda bu məhsulun istehsalının artan imkanlarını nəzərə alaraq, ət ixracını maksimal dərəcədə artırmağı planlaşdırırıq".
O bildirib ki, öz növbəsində, Azərbaycan BƏƏ-dən əsasən yüksək texnoloji məhsulları, elektronika, sənaye malları və tikinti materialları idxal edir: "Birləşmiş Ərəb Əmirliklərinin kənd təsərrüfatı məhsullarının ən böyük idxalçılarından biri olduğunu nəzərə alsaq, umid edirik ki, bzim yüksək keyfiyyətli məhsullarımız bu perspektivli bazarda öz yerini tutacaq".
Ticarət nümayəndəsinin sözlərinə görə, BƏƏ-nin təkrar ixrac üçün ciddi potensialını nəzərə alsaq, Azərbaycan mallarının Ərəb Əmirliklərinin bazarına çıxması gələcəkdə məhsullarımızın Fars körfəzinin digər ölkələrinin bazarlarında özünə yer tutmasına səbəb ola bilər: "Kənd təsərrüfatı məhsulları ilə yanaşı, Azərbaycan BƏƏ-yə müxtəlif növ sənaye mallarının (alüminium lövhələr, borular və sair) tədarükünü artırmağı planlaşdırır".



İranın xarici işlər naziri Hindistana gedir
Prezident Mikayıl Cabbarova YENİ VƏZİFƏ VERDİ - SƏRƏNCAM
Prezident “DP World” şirkətlər qrupunun sədrini qəbul etdi
Azərbaycanın və Rusiyanın Həştərxan vilayətinin iş adamları onlayn görüşüb
Çin şirkətləri Qarabağa dəvət olundu
Pakistanda "Azərbaycan Ticarət Evi" açılır
Azərbaycan-İran Dövlət Komissiyasının növbəti iclasının keçirilməsi planlaşdırılır
Prezident BƏƏ nazirini qəbul etdi - YENİLƏNDİ
Energetika naziri Qazaxıstanda bir sıra görüşlər keçirib
Azərbaycanda Özbəkistan Ticarət Evi açılacaq
Tacikistanın Azərbaycandakı səfiri ilə görüş keçirilib
Azərbaycan Səudiyyə Ərəbistanı ila əməkdaşlığı genişləndirəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 