ONN media AZƏRTAC-ın məlumatına əsasən xəbər verir ki, iclasda çıxış edən Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Rusiya münasibətlərinin bütün sahələrdə durmadan inkişaf etdiyini deyib. Nazir bildirib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. 2017-ci ilin 11 ayının yekunlarına görə ticari-iqtisadi əməkdaşlıq sahəsində Azərbaycanın tərəfdaşları arasında Rusiya üçüncü yeri tutur. Azərbaycanın idxal həyata keçirdiyi ölkələr arasında Rusiya birinci yerdədir. Bu ölkə, həmçinin Azərbaycanın qeyri-neft ixracatında da bütün başqa tərəfdaşlardan ön sıradadır. Ş.Mustafayev əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu nəzərə çatdırıb. O, Azərbaycanda yaradılan sənaye parklarında Rusiya şirkətlərinin iştirakını, neft maşınqayırması sənayesində əməkdaşlığı, Rusiya bazarları üçün kənd təsərrüfatı mallarının istehsalı sahələrini diqqətə çatdırıb.
Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin də iqtisadi əməkdaşlığın yüksək inkişafını qeyd edib. Nazir bildirib ki, cari ilin 10 ayı ərzində Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 2,1 milyard dollar təşkil edib. O, ölkələrimiz arasında həyata keçirilən investisiya layihələrini xüsusi vurğulayıb.
İclas iştirakçıları Azərbaycan və Rusiya arasında, xüsusən energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, inşaat və turizm kimi sahələrdə ticari-iqtisadi münasibətlərin hazırkı vəziyyəti və perspektivləri barədə müzakirələr aparıblar. İnvestisiya layihələrinin və təşəbbüslərin inkişafı, həmçinin iki ölkənin işgüzar dairələri arasında qarşılıqlı əlaqələrin şərtlərinin yaxşılaşdırılması iclasın əsas mövzusu olub.
Geniş iclasda Azərbaycanın və Rusiyanın dövlət orqanlarının və işgüzar birliklərinin nümayəndələri iştirak ediblər.
İclasın sonunda iki ölkənin iqtisadiyyat nazirlərinin iştirakı ilə Rusiya və Azərbaycan şirkətləri arasında Niyyət Memorandumları imzalanıb.
İclas çərçivəsində B2B görüşləri və işgüzar əlaqələr birjası təşkil olunub.



Azərbaycanda Rusiya ilə birgə turizm alyansı yaradıldı
Rusiya Azərbaycana 6,3 milyard dollar yatırıb
Tacikistanın Azərbaycandakı səfiri ilə görüş keçirilib
İlham Əliyev Aleksey Overçukla görüşdü
Azərbaycan və Koreya arasında saziş imzalandı
Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçirilir
Rusiya iş adamları Azərbaycanda çalışmağa maraq göstərir
Çin şirkətləri Qarabağa dəvət olundu
Şahin Mustafayev Rusiya ilə sərhəddə getdi
Rusiyanın 14 şirkəti Qarabağda fəaliyyət göstərmək üçün müraciət etdi
Azərbaycanın və Rusiyanın Həştərxan vilayətinin iş adamları onlayn görüşüb
"Rusiya bazarı Azərbaycan iqtisadiyyatı üçün böyük və ənənəvi bazardır"- İqtisadçı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 