Bu gün aviasiya benzin növləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılıb. Bu isə son addımın yeni qiymət artımlarına səbəb olub-olmaması barədə suallar yaradıb.
Qeyd edək ki, aksiz dərəcəsi 95-dən az oktan ədədi olan benzin üçün artırılıb. Xatırladım ki, Nazirlər Kabinetinin 14 iyul 2017-ci il qərarı ilə Azərbaycana gətirilən 92 oktan ədədi ilə benzin idxal rüsumundan azad edilmişdi və aksiz dərəcəsi 1 ton üçün 200 manatdan 1 manata endirilmişdi.
Son qərar faktiki olaraq bu ilin iyulunda endirilmiş dərəcələrin əvvəlki səviyyəyə yüksəldilməsini nəzərdə tutur.
ONN media xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.
İqtisadçının sözlərinə görə, yeni qərar 95-dən az oktan ədədi olan benzinə tətbiq edildiyindən üçün bu Azərbaycana idxal edilən yüksək oktanlı benzinlərin xərcinə təsir göstərməyəcək:
“Həmin benzinlərə tətbiq edilən aksiz dərəcələri dəyişdirilməyib. Eyni zamanda, daxili bazarda 95-dən az oktan ədədi olan benzin Aİ-92 markalı benzindir. Həmin benzin isə yerli istehsal olduğundan son qərar sözügedən benzinə də təsir göstərmir”.
V.Bayramov qeyd edib ki, əgər yaxın zamanlarda qiymət artımı baş versə, bunun iqtisadi əsası olmayacaq:
“Sadəcə, iyulda dərəcələrin aşağı salınması yenidənqurma işləri ilə bağlı olaraq daxili benzin istehsalının azalması ilə əlaqədar idi. İndi isə istehsal daxili tələbi ödədiyi üçün idxal aksiz dərəcələri tənzimlənən benzinin xərcinə təsir göstərmir. Bu baxımdan Nazirlər Kabinetinin son qərarı daxili bazarda satılan benzin növlərinin qiymətinin artırılması üçün zəmin formalaşdırmır. Bununla yanaşı, əgər qiymət artımları baş verəcəksə, belə artımların iqtisadi əsası olmayacaq".



Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR: sabahdan 15 faiz...
Azərbaycanda benzinlə bağlı YENİ QƏRAR
Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR: sabahdan 15 faiz...
Spirtli içkilərlə bağlı qərar sabahdan qüvvəyə minir
Siqaretin qiyməti ilə bağlı MÜHÜM QƏRAR
Siqaret və alkaqollu içkilər bahalaşacaq?
Benzinlə bağlı mühüm qərar
PİS XƏBƏR- Siqaretin qiyməti bahalaşdı
Ölkədə siqaret və içki bahalaşdı
Spirtli və energetik içkilər üçün aksiz qiymətləri — ARTIRILDI
Alkoqollu içkilər bahalaşacaq
QƏRAR VERİLDİ: Bundan sonra 100 manatdan...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 