Azərbaycanda nar istehsalı və ixracının artımı gözlənilir.
ONN media xəbər verir ki, bunu jurnalistlərə Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Fərhad Qaraşov deyib.
F.Qaraşovun sözlərinə görə, bu il ölkədə nar istehsalı və ixracının ötən illə müqayisədə 20-25 faiz artımı gözlənilir.
Assosiasiya rəhbəri qeyd edib ki, 2017-ci ildə ölkədə 165 min ton nar istehsal olunub, ixracdan əldə edilən gəlir isə 10 milyon dollar təşkil edib. Assosiasiya rəhbərinin sözlərinə görə, məhsul əsasən MDB və Avropa ölkələrinə, eləcə də az miqdarda ABŞ və Avstraliyaya ixrac edilib:
“Bu il biz nar istehsalının 190-200 min tona çatacağını gözləyirik”.
F.Qaraşov əlavə edib ki, Assosiasiya müxtəlif xarici missiyalarda, beynəlxalq sərgilərdə iştirak edir:
“Assosiasiya üzvləri öz məhsullarını xaricdə nümayiş etdirmək, eləcə də ixrac coğrafiyasını genişləndirmək imkanına malikdir”. (trend.az)



Azərbaycanda nar istehsalı və ixracı artırılacaq
Azərbaycanda 70-ə yaxın nar sortu bərpa ediləcək
Azərbaycan bu ölkəyə süd göndərə bilər
Azərbaycan Avropaya fındıq ixracını artıracaq?
Azərbaycan fındığı Afrika bazarlarına çıxarılacaq
Azərbaycanda narın qiyməti niyə bahalaşır?
Azərbaycanda tütün istehsalı artıb
Ölkəmizdə yumurta bahalaşacaq?
Azərbaycan Avropaya nar ixrac etməyi planlaşdırır
Ölkədə tikinti materiallarının istehsal həcmi açıqlandı
Vergi və rüsumlarla YENİ TƏKLİFLƏR
Azərbaycan bal istehsalını artırmaq niyyətindədir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 