Son günlər Bakıda məşhur "Lady Sharm” mağazalar şəbəkəsinin bağlanması haqda məlumatlar yayılıb. Bildirilir ki, şəbəkənin bir qrup məsul şəxsi hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.
Həbsə səbəb mağazalar şəbəkəsinin bazara məşhur brendlərin saxtalaşdırılmış çeşidlərini çıxarmasıdır.
ONN media xəbər verir ki, "Yeni Müsavat” bununla bağlı məlumatlar dərc edib. Qəzet yazır ki, məşhur brendlərin saxta çeşidləri Bakıda və xaricdəki sexlərdə hazırlanıb. Bu haqda hüquq mühafizə orqanlarına məlumat daxil olandan sonra "Lady Sharm” mağazalar şəbəkəsinin ayrı-ayrı ticarət nöqtələrində əməliyyatlar keçirilib, məşhur brendlərin saxtalaşdırılmış çeşidləri maddi sübut kimi yük maşınları ilə xüsusi anbara daşınıb.
"Lady Sharm” mağazalar şəbəkəsinin sahibləri xaricdə olduqlarından əməliyyat zamanı həbsdən yayına biliblər. Amma onların Bakıdakı işçilərindən xeylisi həbs edilib. Deyilənə görə, şəbəkənin əsas sahibi regional TV-lərdən birinin sahibinin kürəkənidir.
Məlumata görə, şəbəkənin rəhbər şəxsləri yaxın çevrələrinə bildiriblər ki, Azərbaycana gələ bilməyəcəkləri təqdirdə, Avropa ölkələrindən siyasi sığınacaq istəmək fikrinə düşə bilərlər. İddialara görə, hətta bunun üçün bəzi müxalifət partiyalarının rəhbərlərindən böyük məbləğ müqabilində arayış almaq variantı da gözdən keçirilir.
Şəbəkənin rəhbərliyinin qəzəbə gəlməsinin səbəbi kimi nüfuzlu şəxslərin aldadılması olub. Bildirilir ki, "Lady Sharm” mağazalarından alver edən məşhurların arasında çox nüfuzlu şəxslər də olub, onların aldadılması prosesin bu həddə çatmasına gətirib çıxarıb.
"Lady Sharm” mağazalar şəbəkəsinin Bakıda ümumilikdə 16 ticarət nöqtəsi var, həmin nöqtələrdən biri "Gənclik Mall”da, digəri isə "28 May Mall”da yerləşir.
"Lady Sharm” mağazalar şəbəkəsinin "Neftçilər” metro stansiyasının yaxınlığındakı mağazası da hazırda bağlıdır. Yaxınlıqdakı mağazaların satıcıları deyiblər ki, buradakı "Lady Sharm” bir neçə gün əvvəl bağlanıb və nə vaxt açılacağı da bilinmir.



"Leydi Şarm"da əməliyyat: 4 nəfər tutuldu - VİDEO
"Kontakt Home" bağlanır?
BÖYÜK ƏMƏLİYYAT: Bu mafiya şəbəkəsinin 23 üzvü həbs edildi
Bakıda meyvə səbətlərində fantastik qiymət
“Bazarstore” müştərilərini aldadır?
Bakıda məşhur kitab mağazasından oğurluq edənlərin kimliyi ŞOK ETDİ
Göyçayda mağazalar YANDI
SON DƏQİQƏ! Mağazalar şəbəkəsində yanğın - 5 dükan kül oldu
Məşhur iş adamı "Bizim market"i satdı
Məzənnə dəyişdi?
Bakıda marketlər niyə yenə boşdur?
OBA-nın 4 keçmiş əməkdaşı həbs edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 