"Meşə ehtiyatlarından daha səmərəli istifadə etmək məqsədi ilə mal-qaranın və insanların müdaxilə etdikləri ərazilərdə çəpərlənmə işlərinə başlanılıb".
ONN media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin sektor müdiri Sadiq Salmanov deyib.
Onun sözlərinə görə, bu il çəpərləmə işləri 200 km-lik ərazidə davam etdiriləcək: "Həmin ərazilər, əsasən, dağlıq rayonlarda olacaq. Məlumdur ki, mal-qaranın yaylaq ərazilərinə getdiyi cığırlar, əsasən, meşə fondu ərazilərindən keçir. Ona görə də həmin cığırların hər iki tərəfdən çəpərlənməsi nəzərdə tutulur ki, mal-qara həmin yerlərə daxil ola bilməsin. Məqsəd həmin ərazilərdə təbii cücərtilərin məhv olmasının qarşısını almaq və onun inkişafının sürətlənməsinə zəmin yaratmaqdır. Çəpərlənmə işləri bu günə qədər Quba, Zaqatala, Gədəbəy, Qax və bir çox dağ rayonlarında həyata keçirilib və davam etdiriləcək".
Nazirlik rəsmisi əlavə edib ki, meşə ehtiyatlarının qorunması üçün meşə fondu ərazilərində 5 kamera quraşdırılıb: "Bu il ərzində meşələrdə daha 15 kameraların quraşdırılması planlaşdırılır və bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək".



Nazirlikdən meşə meyvələri ilə bağlı qalmaqallı qərara REAKSİYA
Nazirlik təbii şam ağaclarını satışa çıxardı– QİYMƏT
ETSN “Beta” şirkəti ilə müqaviləyə xitam verir
Yeni Milli Meşə Proqramının ilkin layihəsi hazırlandı
SON DƏQİQƏ: Yardımlı meşələrində yanğın başlayıb - FHN
Oğuzda baş verən yanğın meşə fondu ərazisinə keçdi - YENİLƏNDİ
Oğuzdakı meşə yanğını söndürüldü - YENİLƏNDİ
Şəkidə meşə yanğını başlayıb
Oğuzdakı meşə yanğınından xəbər var
Türkiyədə daha bir meşə yanğını başladı
Zaqatalada dağlıq ərazidə YANĞIN BAŞLADI
İşğaldan azad edilmiş ərazilərə ceyranlar buraxılacaq
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 