ONN media xəbər verir ki, bir müddət əvvəl fəaliyyəti qadağan edilən APA-nın başqa bir adla yenidən qayıdışı ANS telekanalı ilə bağlı da məsələni gündəmə gətirib.
Belə ki, son zamanlar hakimiyyətin daxili siyasətdə yumşalma meyillərini şərh edən ekspertlər istər media, istərsə də insan hüquqlarına münasibətin dəyişəcəyini proqnozlaşdırır.
Artıq bir sıra ictimai xadimlər sosial şəbəkələrdə hakimiyyətin ANS-in fəaliyyətinə qoyduğu qadağanı götürəcəyinə dair ümidlərini ifadə edir.
ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev bildirib ki, telekanalın bərpası məsələsi hər zaman gündəmdə olub: “Biz bu istəyimizdən heç zaman keçməmişik. Dəfələrlə bəyan etmişik ki, biz bu dövlətin əsgəriyik. Nə zaman istəsələr xidmətə hazırıq. ANS Azərbaycan xalqına şərəflə xidmət edib”.
“ANS-in fəaliyyətinin bərpası üçün hazırda hansı addımları atırsınız” sualına Vahid Mustafayev belə cavab verib: “Biz zamanında müraciətlər etmişik. İstər ölkə rəhbərliyinə, istərsə də hüquqi instansialara qədər getmişik. Bu gün isə qərar vermək bizim işimiz deyil. Ancaq xalqımız da yaxşı dərk edir ki, Azərbaycana ANS lazımdır. Bu gün ANS-in yeri görünür. Biz fəaliyyətə tam hazırıq. 8 ölkədə bürolarımız olub. Regionlarda 12 büromuz fəaliyyət göstərib. Komandamızla, texniki bazamızla yayıma tam hazırıq”.
ANS-n başqa adla qayıdışının mümkünlüyünə gəlincə, Vahid Mustafayev deyir ki, belə bir niyyətləri yoxdur: “ANS Azərbaycanın müstəqilliyindən 8 yaş böyükdür. Biz sovetlərdə imperiyanın zəncirlərini qıran ilk televiziya olmuşuq. ANS-in şərəfli tarixi var. Ondan imtina etmək imkansızdır. ANS Azərbaycana lazımdır. Bunun zərurətini hamımız görürük”. Gununsesi.org



Vahid Mustafayevə AĞIR İTKİ
Məşhur Azərbaycan filmi tam bərpa olundu
Smart-kartlara 10 manat hədiyyə edilməsi ilə bağlı məlumat doğrudur? - RƏSMİ AÇIQLAMA
Dağlıq Qarabağla bağlı “Putin Planı” varmı? – Moskvadan CAVAB
Belarus və Rusiya birləşir?- AÇIQLAMA
"NATO-Azərbaycan münasibətləri çox mühüm məsələdir" - AÇIQLAMA
ANS açılır? - Sensasion qərar
Taksilərlə bağlı daha bir AÇIQLAMA
Təkrar seçkilər nə zaman keçiriləcək? – Açıqlama
Paytaxt Bakıdan başqa şəhərə köçürülür? — AÇIQLAMA
Azərbaycan XİN-dən Ermənistanın bu bəyanatına cavab
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK
Bu ölkə İrana nota verdi 