Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən çimərlik ərazilərində keçirilən monitorinqlərin nəticələrinə uyğun olaraq Xəzər dənizinin Bakı, Abşeron və şimal sahil zolağında fəaliyyət göstərən ictimai-iaşə obyektlərində reydlər keçirilib. ONN media xəbər verir ki, nazirliyin mətbuat katibi İradə İbrahimova jurnalistlərə açıqlamasında bildirib ki, Novxanı, Türkan və Hövsan çimərlikləri ərazisində keçirilən reydlər zamanı “Neptun”, “Balıqçı”, “Alma”, “Antalya”, “Mirvari”, “Qala”,“Riad Park” və “Caspian Beach” istirahət mərkəzlərində formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdılması faktlarına görə sözügedən obyektlərə cavabdeh şəxslər Rəhim Xəlilov, Pərvanə Eyyubova, Anar Quliyev, Fərhad Əsgərov, Azər Rzaquliyev, Şahin Babayev, Anar Allahyarov və İsmayıl Hüseynov barəsində akt, protokol tərtib olunub və hər biri vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə edilib. “Xəzər dənizinin şimal sahil zolağında keçirilən reydlər zamanı isə “Elay”, “Malibu”, “Jalə”, “Yalama-Xəzər Tusit Bazası” və “Lokomotiv” istirahət mərkəzlərində formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdılması faktlarına görə akt və protokollar tərtib olunub. Obyekt sahibləri Maya Vəliyeva, Rüfət Nəsizadə, Amil Məmmədov, Mahir Şirəliyev vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə edilib, “Lokomotiv” istirahət mərkəzinin isə hüquqi şəxs qismində cərimə olunması üçün tərtib olunmuş sənədlər rayon məhkəməsinə göndərilib. Obyekt sahiblərinə sutəmizləyici qurğuların quraşdırılması üçün icrası məcburi olan “məcburi göstəriş”lər verilib”. Nazirliyin rəsmisi onu da bildirib ki, reydlər Xəzər dənizinin cənub sahil zolağında da keçirilir və nəticələri ilə bağlı yaxın günlərdə məlumat veriləcək. Mətbuat katibi İ.İbrahimova bir daha dəniz kənarında fəliyyət göstərən obyekt sahiblərinə, fərdi evlərindən dənizə çirkab su axıdan vətəndaşlarımıza müraciət edib. “Neçə illərdir təbiətimizə, dövlətimizin və xalqımızın sərvətinə laqeyd münasibət göstərərək çirkab suları dənizə axıdırsınız və ona böyük ziyan vurursunuz. Heç olmasa öz övladlarınızın, doğmalarınızın səhhətini, sağlamlığını düşünün və buna son qoyun. Müasir texnologiyaların sürətlə inkişaf etdiyi zamanda yaşayırsınız, lakin yeni texnologiyalardan istifadə etmək əvəzinə, primitiv, köhnə üsullardan uzaqlaşa bilmirsiniz. Xüsusilə vurğulamaq istərdik ki, dənizimizə bu cür etinasız münasibət davam edərsə, hamımızın sağlamlığımız təhlükə altında qala bilər. Yenə də hər kəsi təbiətimiz qarşısında öz məsuliyyətini dərk etməyə çağırırıq. İşimiz təbiətə, dənizə zərər vurmaq yox, onu qorumaq olmalıdır!”
Bu çimərliklərə getməyin! - Nazirlik AÇIQLADI



Xəzəri hasarlayanlara qarşı mübarizə sərtləşir
Bu istirahət mərkəzləri Xəzəri çirkləndirir
Bu obyekt sahibləri cəzalandırılıb
Xəzərdə bunu edənlər CƏZA ALDI
Məşhur istirahət mərkəzlərində BƏRBAT GÖRÜNTÜ - FOTO
ETSN reyd keçirdi- Lənkəranda...
DİN və ETSN Bakıda Xəzəri çirkləndirənlərə qarşı reydlərə başladı
Xəzər sahili zonasında reydlər davam etdirilir
Bu obyektlər cərimələndi
Xəzərdə ən çirkli çimərliklərin siyahısı açıqlandı
Xəzəri nə çirkləndirir? – Alimdən MÜHÜM AÇIQLAMALAR
İstifadəyə yararsız çimərliklərin ADLARI açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 