ONN media xəbər verir ki, bu gündən Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Dövlət Aqrar Ticarət Şirkəti” MMC Ramazan bayramı münasibəti ilə Bakıda “Kənddən Şəhərə” yarmarkaları keçirir.
Sabah başa çatacaq yarmarkalar paytaxtın 2 yerində – Yasamal rayonunun Ələsgər Ələkbərov küçəsindəki 225 saylı orta məktəbin qarşısında və Nizami rayonunun Qara Qarayev prospektindəki “Orbita” ticarət mərkəzinin yanında təşkil edilib.
“Kənddən şəhərə” yarmarkalarında vətəndaşlar ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsulları (meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, bal, ət və ət məhsulları) ala biləcəklər. Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq çərçivəsində yarmarkaların keçirildiyi yerlərdə Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları fəaliyyət göstərir və satışa çıxarılan bütün məhsullar yoxlanışdan keçirilib.
“Kənddən Şəhərə” “Dövlət Aqrar Ticarət Şirkəti”nin kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli istehsal ərzaq məhsullarının satışına dəstək məqsədilə həyata keçirdiyi bir layihədir. Bu layihə çərçivəsində yerli istehsal məhsulların vahid marka altında qablaşdırılması, eyni zamanda məhsulların satışına dəstək məqsədilə yeni satış kanallarının yaradılması həyata keçirilir.



Ramazan bayramı münasibəti ilə yarmarka təşkil ediləcək
"Kənddən şəhərə" yarmarkası - Nə vaxt və harada olacaq?
Dövlət Aqrar Ticarət Şirkətinin “Kənddən Şəhərə" mağazası istifadəyə verildi
“Kənddən Şəhərə” adlı yarmarka təşkil ediləcək
“Kənddən Şəhərə” həftəsonu yarmarkaları keçiriləcək
Novruz yarmarkası fəaliyyətə başladı
Paytaxtda “Kənddən şəhərə” yarmarkası təşkil ediləcək
Bakıda yarmarkalar bu ünvanlarda olacaq
Şənbə və bazar “Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaq - ÜNVANLAR
Bakıda bu ünvanlarda yarmarkalar olacaq
Bakıda “Kənddən Şəhərə” Ramazan yarmarkası keçiriləcək
“Kənddən Şəhərə” Qış yarmarkaları keçirilir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 