ABŞ-ın Azərbaycandakı səfirliyi Autizm və Sağlamlıq Məhdudiyyətləri olan Uşaqların İnkişafı üzrə eksert-həkim Tobi Lonqun mühazirələrini təşkil edir.
Səfirlikdən ONN media -ya verilən məlumata görə, mühazirələr martın 1-də Azərbaycan Dillər Universitetində yerləşən Amerika Mərkəzində və martın 5-də "Landmark Rotunda Hall"da keçiriləcək.
Mühazirələr təhsil sahəsində çalışan mütəxəssislər, psixoloqlar, aspirantlar, pediatrlar və məhdudiyyətləri olan uşaqlarla işləyən şəxslər üçün açıqdır.
T. Lonq inklüziv təhsil və davranma məsələlərinə dair mühazirələrlə çıxış edəcək.
Daha ətraflı məlumatı ABŞ səfirliyinin "Facebook" səhifəsindən əldə etmək mümkündür.
T.Lonq Corctaun Universitetinin pediatriya fakültəsinin professorudur. O, sözügedən universitetin İnkişaf Məhdudiyyətləri Məsələləri üzrə Mərkəzinin uşaqların inkişafı üzrə təlimçi direktorudur. T.Lonq may ayında yenidən Bakıya gəlməyi və Azərbaycan Tibb və Pedaqoji universitetlərindən olan tərəfdaşları ilə işini davam etdirməyə planlaşdırır.



Heydər Əliyev Fondu ilə UNICEF arasında memorandum imzalandı
Əfqan Abdullayevə YÜKSƏK VƏZİFƏ VERİLDİ
"Qarabağ" universitetində yeni təyinat olub
Novruz Məmmədov YENİ İŞ YERİNDƏ
Qarabağ universitetinə dekanlar seçilib
AMEA-da Pekin Xarici Dillər Universiteti ilə memorandum imzalanıb
Bu universitetlərin prorektorları dəyişdirildi - Siyahı
ADPU-nun 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər evdən çıxma icazəsini necə almalıdır?
Şəhid ailələri bu ödənişdən AZAD OLUNDULAR - SƏRƏNCAM
Azərbaycanda "Bitkoin" səfirliyi açılır
Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Fidan Ukraynaya səfərə gedir
Sabahın havası açıqlandı 