Əvvəlcədən məlumat verildiyi kimi, Prezident İlham Əliyevin "Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardımın göstərilməsi barədə Sərəncamının icrasının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupu tərəfindən martın 29-dan onların fərdi qaydada qəbulu təşkil olunub. Nazirlikdən ONN media -ya daxil olan məlumata görə, 142 sahibkar fərdi qaydada qəbul edilib, onların problemləri, dəymiş maddi ziyan, fəaliyyətlərinin təşkili və davam etdirilməsi ilə bağlı fikirləri öyrənilib, baş vermiş hadisə ilə əlaqədar yaranmış çətinliklər və bu istiqamətdə tələb olunan işlər müzakirə olunub. İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış müzakirələr nəticəsində əldə olunmuş razılığa əsasən ilkin olaraq Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən ümumi sahəsi 12000 m2 olan 350-yə yaxın ticarət obyekti 5 ay icarə haqqı ödənilməmək şərti ilə istifadə etmələri üçün sahibkarlara təklif edilib. Bununla əlaqədar təqdim edilən təkliflər üzrə qəbul zamanı aparılmış müzakirələrin nəticəsi olaraq, 135 sahibkar tərəfindən 4934 m2 sahədə ticarət obyektinə ehtiyaclarının olduğu müəyyən edilib və bu istiqamətdə işlərə başlanılıb. Nazirlikdən bildirilib ki, eyni zamanda, qəbul zamanı İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi imkanları da sahibkarların diqqətinə çatdırılıb və nəticədə artıq 126 sahibkar tərəfindən təxminən 6,3 milyon manatdan çox güzəştli kreditdən istifadə etmək istəklərində olduqları bildirilib. Bununla bağlı Fond tərəfindən həmin sahibkarlarla ilkin işlərə başlanılıb və zəruri məlumatlandırma aparılıb. Qəbulun 30-31 mart tarixlərində davam etdirilməsi və başa çatdırılması planlaşdırılır.
“Diqlas”dakı sahibkarların istədiyi kredit məbləği açıqlandı



Zərər çəkmiş sahibkarlar 15 milyon manatadək güzəştli kredit istəyib
"Diqlas"dakı malların çıxarılması başa çatdırıldı
"Diqlas"da" yanğından zərər çəkmiş 89 sahibkarın bank hesabına maddi yardım köçürülüb
Zərər çəkmiş sahibkarlardan sənəd qəbulu başlanılıb
Prezident yanğında zərərçəkənlərə 3 milyon ayırdı
"Diqlas"dakı sahibkarların hesabına 364 min köçürülüb
“Diqlas”dakı sahibkarlara yeni təklif
Daha 69 sahibkara maddi yardım ödənildi
Yanğından zərər çəkənlərə yeni təklif
İlham Əliyev Komissiyanın yaradılması haqqında sərəncam imzalayıb
"Diqlas"dakı yanğınla əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib
"Yanğında sahibkarlara dəyən ziyan tam ödəniləcək" — Nazir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 