Bakının Nizami rayonu ərazisindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardımın göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrasının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupu tərəfindən sahibkarların fərdi qəbulu başa çatdırılıb.
Nazirlikdən ONN media-ya verilən məlumata görə, 29-31 mart tarixlərində İşçi Qrupu tərəfindən keçirilmiş qəbulda 441 sahibkar fərdi qaydada qəbul edilib. Qəbul zamanı 381 sahibkar 15 milyon manatadək İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına güzəştli kreditə ehtiyacının olduğu bildirib və artıq sahibkarlarla işlərə başlanılıb.
Məlumat üçün qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış müzakirələr nəticəsində əldə edilmiş razılığa əsasən, sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən 7 ticarət mərkəzində ümumi sahəsi 30 min kv.m olan 680-yə yaxın ticarət obyekti təklif olunub. Bu təkliflərə uyğun olaraq, 408 sahibkar ümumi sahəsi 12,4 min kv.m olan ticarət obyektlərinə ehtiyacı barədə müraciət edib və bu istiqamətdə işlərə başlanılıb.
Zərər çəkmiş sahibkarlar müraciət etdiyi halda əlavə qəbul təşkil ediləcək.



“Diqlas”dakı sahibkarların istədiyi kredit məbləği açıqlandı
Zərər çəkmiş sahibkarlardan sənəd qəbulu başlanılıb
"Diqlas"dakı malların çıxarılması başa çatdırıldı
"Diqlas"dakı sahibkarların hesabına 364 min köçürülüb
"Diqlas"da" yanğından zərər çəkmiş 89 sahibkarın bank hesabına maddi yardım köçürülüb
Prezident yanğında zərərçəkənlərə 3 milyon ayırdı
Daha 69 sahibkara maddi yardım ödənildi
Yanğından zərər çəkənlərə yeni təklif
Sahibkarlara 50 milyona yaxın subsidiya ödənildi
"Yanğında sahibkarlara dəyən ziyan tam ödəniləcək" — Nazir
“Diqlas”dakı sahibkarlara yeni təklif
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 