Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmış sahibkarlardan sənədlərin qəbulu və maddi yardımın ödənilməsi prosesi davam edir. İqtisadiyyat Nazirliyindən ONN media -ya verilən məlumata görə, bu gün daha 69 zərər çəkmiş sahibkarın bank hesabına 218 min manat məbləğində maddi yardım ödənilib. Beləliklə, indiyədək İşçi Qrupu tərəfindən maddi yardımın ödənilməsi qərara alınmış 228 zərər çəkmiş sahibkarın bank hesabına 1 mln. 360 min manat məbləğində maddi yardım köçürülüb. Maddi yardımın ödənilməsi “Kapital Bank” və “TuranBank” vasitəsilə həyata keçirilir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilir və banklar tərəfindən maddi yardımdan xidmət haqqı tutulmur. Bununla yanaşı, sahibkarların Bakının Nizami rayonunda yerləşən yanğın baş vermiş ticarət mərkəzindən mallarının çıxarılması prosesi də davam etdirilir. İndiyədək 200 sahibkar mallarını ticarət mərkəzindən çıxarıb. İqtisadiyyat, Maliyyə, Vergilər, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin və Nizami Rayon İcra Hakimiyyəti əməkdaşlarının və sahibkarların iştirakı ilə akt tərtib edilərək yanmamış mallar sahibkarlara təhvil verilir, yararsız vəziyyətə düşmüş mallar isə Suraxanı rayonunda xüsusi ayrılmış anbara göndərilir. Sahibkarlar mallarının daşınması üçün nəqliyyatla təmin olunurlar.
Daha 69 sahibkara maddi yardım ödənildi



"Diqlas"da" yanğından zərər çəkmiş 89 sahibkarın bank hesabına maddi yardım köçürülüb
"Diqlas"dakı sahibkarların hesabına 364 min köçürülüb
"Diqlas"dakı malların çıxarılması başa çatdırıldı
Zərər çəkmiş sahibkarlardan sənəd qəbulu başlanılıb
Prezident yanğında zərərçəkənlərə 3 milyon ayırdı
Zərər çəkmiş sahibkarlar 15 milyon manatadək güzəştli kredit istəyib
"Yanğında sahibkarlara dəyən ziyan tam ödəniləcək" — Nazir
“Diqlas”dakı sahibkarların istədiyi kredit məbləği açıqlandı
"Diqlas"dakı yanğınla əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib
İlham Əliyev sərəncam imzaladı
"Diqlas" ticarət mərkəzinin söküntüsü barədə XƏBƏR VAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 