Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmış sahibkarlardan sənədlərin qəbulu və maddi yardımın ödənilməsi prosesi davam edir. İndiyədək 296 sahibkarın maddi yardımla bağlı ərizəsi qəbul edilib və İşçi Qrupu tərəfindən 161 sahibkara 1 milyon 146 min manat ödənilməsi qərara alınıb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən ONN media -ya bildirilib ki, aprelin 10-da daha 70 zərər çəkmiş sahibkarın bank hesabına 364 min manat məbləğində maddi yardım köçürülüb. İndiyədək İşçi Qrupu tərəfindən barəsində maddi yardımın ödənilməsi qərara alınmış 159 zərər çəkmiş sahibkara 1 milyon 142 min manat məbləğində maddi yardım ödənilib. Ödənişlər "Kapital Bank" və "TuranBank" vasitəsilə həyata keçirilir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilir və banklar tərəfindən maddi yardımdan xidmət haqqı tutulmur. Bununla yanaşı, aprelin 6-dan etibarən sahibkarlar Bakının Nizami rayonunda yerləşən yanğın baş vermiş ticarət mərkəzindən mallarının çıxarılması prosesi də davam etdirilir. İqtisadiyyat, Maliyyə, Vergilər, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin, Nizami Rayon İcra Hakimiyyəti əməkdaşlarının və sahibkarların iştirakı ilə akt tərtib edilərək yanmamış mallar sahibkarlara təhvil verilir, yanğın nəticəsində yararsız vəziyyətə düşmüş mallar isə müvafiq akt tərtib edilməklə Suraxanı rayonunda xüsusi ayrılmış anbara göndərilir. İndiyədək 175 sahibkar mallarını ticarət mərkəzindən çıxarıb. Sahibkarlar mallarının daşınması üçün nəqliyyatla təmin olunurlar.
"Diqlas"dakı sahibkarların hesabına 364 min köçürülüb



"Diqlas"da" yanğından zərər çəkmiş 89 sahibkarın bank hesabına maddi yardım köçürülüb
Daha 69 sahibkara maddi yardım ödənildi
"Diqlas"dakı malların çıxarılması başa çatdırıldı
Zərər çəkmiş sahibkarlardan sənəd qəbulu başlanılıb
Prezident yanğında zərərçəkənlərə 3 milyon ayırdı
Zərər çəkmiş sahibkarlar 15 milyon manatadək güzəştli kredit istəyib
"Yanğında sahibkarlara dəyən ziyan tam ödəniləcək" — Nazir
“Diqlas”dakı sahibkarların istədiyi kredit məbləği açıqlandı
Sahibkarlar eyni vaxtda 3 bank seçə biləcəklər - Nazir
Sahibkarlara 50 milyona yaxın subsidiya ödənildi
Sahibkarlara mühüm XƏBƏRDARLIQ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 