Bu gün səhər insanların bir çoxu səhəri saatların dəyişməsi xəbəri ilə açıb. Çünki smartfon telefonlarda olan saatlarla adi mexaniki saatlar arasında vaxt fərqi meydana gəlib.
ONN media xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, bir neçə ildir ki, Azərbaycan yay vaxtına keçid ləğv olunub.
Bu gün səhər isə bir çox vətəndaşlar telefonlarında saatın avtomatik bir saat irəli çəkilməsi problemi ilə qarşılaşıblar. Bu hal xüsusilə də smartfonlarda qeydə alınıb. Mütəxəssislər bildirir ki, bu bəzi mobil cihazlarda mövcud olan vaxt proqramının yenilənməməsi ilə bağlıdır.
Ekspertlər bildirir ki, artıq mobil cihazında bir dəfə vaxt çaşqınlığı yaşayanlar diqqətli olmalı və vaxtla bağlı olan proqrama daxili dəyişiklik etməlidirlər.
Qeyd edək ki, 2016-cı ilə qədər Azərbaycan gün işığından səmərəli istifadə etmək üçün mart ayının son bazar günü saatı bir saat irəli və oktyabr ayında isə bir saatı geriyə çəkirdi. Ancaq 2016-cı ildən başlayaraq Azərbaycan höküməti insanlarda çaşqınlıq yaratdığına və tibbi olaraq bəzi sağlıq problemlərinə səbəb ola biləcəyini əsas gətirərək bu təcrübədən istifadə etməkdən imtina edib.
Azərbaycandan fərqli olaraq, bu gün bəzi ölkələrdə yay vaxtına keçid həyata keçirilib. Məsələn, Ukrayna martın 31-dən yay vaxtına keçib.
Ukrayna Nazirlər Kabinetinin qərarı ilə martın son bazar günündə – ayın 31-də gecə saat 03:00-da saatların əqrəbləri bir saat irəli çəkilib.
Bununla da Azərbaycanla Ukrayna arasında vaxt fərqi bir saata enib. Modern.az



Bu şəhər və rayonlarda həftəsonu ictimai nəqliyyat İŞLƏMƏYƏCƏK
İran yay vaxtına keçir
Saat alarkən bunlara diqqət edin
Milyonluq saatı oğurlayanın KİMLİYİ BİLİNDİ
Komendant saatının ləğvi ilə bağlı VACİB AÇIQLAMA
SON DƏQİQƏ: Bu tarixə kimi ictimai nəqliyyat həftəsonları işləməyəcək
Bu saat şirkəti smart saat üzərində çalışır
Xarkovda komendant saatı elan olundu
Bu şəxslər əks-göstəriş sertifikatı üçün onlayn müraciət edə biləcək
DİN -dən sürücülərə müraciət
Həftəsonları ictimai nəqliyyatla bağlı YENİ QƏRAR
Komendant saatı nə vaxt aradan qalxır?
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu 