Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda struktur dəyişikliyinin aparılması barədə qərar verilib. Tarix İnstitutundan ONN media -ya verilən məlumata görə, yeni şöbənin yaradılması və 1 şöbənin adının isə dəyişdirilməsi qərara alınıb. Elmi Şuranın qərarına əsasən institutda yeni yaradılacaq şöbənin adı “Azsaylı xalqların tarixi”dir və “Mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin isə adı dəyişdirilərək “Mənbəşünaslıq, tarixşünaslıq və tarixin nəzəriyyəsi” şöbəsi adlandırılıb.
Bildirilib ki, müəllifi Azərbaycan Prezidenti olan multikulturalizm modeli dünyada qəbul edilir və öyrənilir. Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, “Azsaylı xalqların tarixi” şöbəsi Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası və Prezident İlham Əliyevin multikulturalizm siyasətinə uyğun olaraq yaradılıb. Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.Tarix İnstitutunda struktur dəyişikliyi aparıldı



AMEA-da otaq çatışmazlığından 8 şöbə ləğv olunur - SİYAHI
AMEA-da siyasi partiyalarla bağlı yeni şöbə yaradılır
Əliyev tariximizə sahib çıxan dövlət başçısıdır – Alim
AMEA-da yeni şöbələr yaradıldı
Ramiz Mehdiyev 4 strukturu LƏĞV ETDİ
Prezident Administrasiyasında struktur dəyişiklikləri
İsa Həbibbəyliyə yeni vəzifə verildi
Ramiz Mehdiyev Yaqub Mahmudovu İŞDƏN ÇIXARDI VƏ...
Prezident Yaqub Mahmudovla bağlı qərar verib
“Zəngəzur” sənədli filminin təqdimatı olacaq
Prezident açılışda iştirak edib - YENİLƏNİB
Elm Tarixi İnstitutu "Bakı Dövlət Universitetinin tarixi" kitabının təqdimatını keçirib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 