Eynən jurnalist Rasim Əliyevin ölümü də bu şəkildə oldu. Bəlkə Elinanı da qorumaq olardı. Ancaq bu haqda daha dəqiq autopsiyanın cavabından sonra nə isə demək olar. Autopsiyadan sonra demək mümkündür ki, məktəblinin ölümündə tibbi xidmət nə qədər adekvat davranıb.
ONN media xəbər verir ki, bu sözləri professor, tibb eksperti Adil Qeybulla 8-ci sinif şagirdi Elina Hacıyevanın özünü 3-cü mərtəbədən atandan sonra anlaqlı halda psixoloqun suallarını cavablandırması, iki gün sonra isə dünyasını dəyişməsinə münasibət bildirərkən deyib.
A.Qeybulla bildirib ki, yeniyetmənin ölümü ilə nəticələnən hadisədə iki məsələ mütləq şəkildə araşdırılmalıdır:
“Birincisi, əlbəttə ki, onu intihara aparan səbəblərdir. İkincisi isə özünəqəsddən sonra aldığı xəsarətlərin ölümə səbəb olma ehtimalıdır. Bu qəsddən aldığı xəsarətlər ölümə səbəb ola bilərmi və ya bilməzmi, bu araşdırılmalıdır. 3-cü mərtəbədən özünü atan birinin xəsarətləri mütləq şəkildə ciddi olur. Bəli, o, sağ da qala bilərdi”.
A.Qeybullanın sözlərinə görə, intihar edən məktəbli hadisə sonrası psixoloqa cavabları affekt vəziyyətdə verib:
“Emosional insanlarda affekt vəziyyət daha çox olur. Ruhən zəif, həssas insanlar belə olur. Görünür, o, intihardan sonra psixoloqun suallarını da affekt vəziyyətdə cavablandırıb. Fakt budur ki, o özünü atandan sonra travma alıb. Sınıq qeydə alınıb, dalağın kapsulyar zədələnməsi baş verib, qaraciyərin, daxili orqanların zədələnməsi olub. Hər halda autopsiya olunmalıdır ki, ölümün dəqiq səbəbi bilinsin. Autopsiyadan cavab gəlməlidir ki, ölümün birbaşa səbəbi nədir. Elinanı qorumaq, sağaltmaq olardı, ya yox? Onun ölümünə səbəb həkimlərdir, ya aldığı ağır zədələr? Bütün bu sualların cavabını autopsiyadan sonra bilmək mümkündür”.



Tələbə qızlara qəsd ola bilər: əlamətlər... – Professordan şok
Elinanın ölüm işi: hadisə necə olub? – Bayramova danışdı
Elina ilə bağlı ŞOK FAKTLAR- Direktor 2 saat...
Elinanın qəbri təhqir edildi - Cinayət işi başlandı
"Qəbrimin üstünə gəlməyin..." - İntihar edən Elinanın tükürpədici MƏKTUBU ÜZƏ ÇIXDI
İntihar edən Elinanın anasının insanları ŞOK edən yazışması yayıldı – FOTO
Məktəb direktoru: “Elinanın gündəliyində "ölümümə 52 gün qalıb” yazılmışdı"
Özünü 3-cü mərtəbədən atan şagirdə bağlı YENİ XƏBƏR
Elinanın anasının vəsatətləri təmin edilmədi
Elinanın ölümünə səbəb olan məktəb direktoru ilə bağlı QƏRAR
Elina Hacıyevanın ölümü ilə bağlı iş ALİ MƏHKƏMƏDƏ
3 xanımın ölümünə səbəb olan həkim niyə cəzalanmır?
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik 