Noyabrın 14-də Azərbaycan Mətbuat Şurası (MŞ) və AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) arasında əməkdaşlıq haqqında Memorandumun imzalanması mərasimi keçirilib.
AMEA -dan ONN media -ya verilən məlumata görə, hər iki təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə çıxış edən MEK direktoru Leyla İmanova MŞ ilə birgə görülən işlərin əhəmiyyətindən və Memorandumun məqsədindən söz açaraq, imzalanan sənədin qarşılıqlı faydalı əməkdaşlığa təkan verəcəyini bildirib. MEK rəhbəri eyni zamanda kitabxananın Dövri mətbuat fondu, burada saxlanılan qəzetlər və jurnallar, 2015-2018-ci illər fəaliyət dövründə əldə olunan nəticələr və strateji hədəflər barədə məlumat verib. MEK-in innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş (MRY) bazasının əhəmiyyətindən danışan direktor onun yaratdığı imkanlar vasitəsilə mediaya etibarlı elmi informasiya dəstəyi verilə biləcəyini diqqətə çatdırıb. L.İmanova MRY bazasının Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı ilə həyata keçirilən “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması” layihəsi əsasında daha da zənginləşdiyini vurğulayıb. O, həmçinin Azərbaycanın aparıcı mətbuat orqanlarının nüsxələrinin elektron formatda MEK-in MRY bazasında yerləşdirilməsi prosesi, kitabxananın BDU-nun Jurnalistika fakültəsi və digər qurumlarla əməkdaşlığından danışaraq bu istiqamətdə fəaliyyətin davam edəcəyini bildirib. L.Imanova çıxışında MEK-in vikipediya fəaliyyətindən və onun milli kontentin inkişaf etdirilməsi yönündə xidmətindən də danışıb.
Mətbuat Şurasının sədri, millət vəkili Əlfatun Amaşov rəhbərlik etdiyi qurumun həyata keçirdiyi tədbirlərdən, layihələrdən və medianın mövcud durumundan danışıb. MEK-lə birgə görülən işlərdən söz açan Ə.Amaşov Memorandumun hər iki qurum arasında əlaqələrin genişlənməsinə töhfə verəcəyini deyib. Memorandumun əhəmiyyətini vurğulayan millət vəkili sənəddə tərəflərin elmi və mədəni irsə aid informasiyanın əldə edilməsi, toplanılması, qorunması və yayılması ilə bağlı müddəların öz əksini tapdığını, təşkilatlar arasında əlaqələrin inkişafında informasiya mübadiləsinin zəruriliyinin nəzərdə tutulduğunu və gələcəkdə bunun müştərək fəaliyyətin təşkilinə zəmin yaradacağını bildirib.
Tədbirdə “Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Mətbuat Şurasının sədr müavinləri Umud Rəhimoğlu və Müşfiq Ələsgərli, İdarə Heyətinin üzvləri Azər Həsrət, “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev və “Cümhuriyyət” qəzetinin baş redaktoru Rafail Becanov, MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü, Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova çıxış edərək Memorandumun əhəmiyyətini yüksək qiymətləndirmiş, kitabxananın ölkənin aparıcı media qurumları ilə əlaqələrindən, elektron fondunun genişləndirilməsi və oxuculara xidmət göstərilməsi istiqamətində fəaliyyətlərindən bəhs ediblər. Çıxışçılar eyni zamanda bir sıra təkliflər də səsləndiriblər.
Sonda əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənədi Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov və Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova imzalayıblar.



Yunus Əmrə İnstitutu Mərkəzi Elmi Kitabxana ilə əməkdaşlıq edəcək
Ramiz Mehdiyev yeni direktor təyin etdi
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarıldı
MEK “Macarıstan-Azərbaycan mədəni əlaqələrinin inkişafına Mərkəzi Elmi Kitabxananın töhfəsi” adlı tədbir keçirib
Mərkəzi Elmi Kitabxanaya yeni direktor TƏYİNATI
Mərkəzi Elmi Kitabxana Vahid Qeydiyyat Sisteminin yenilikləri ilə bağlı təlim keçirib
MEK yanvar ayı ərzində daxil olan sənədlərin təqdimatını keçirdi
AMEA Mərkəzi Elmi Kitabxanasında “Qarabağ Qəhrəmanları” Fondu yaradılacaq
Mərkəzi Elmi Kitabxanada AMEA Qadınlar Şurası “Heydər Əliyev dərsləri” adlı tədbir keçirib
AMEA ilə Monqolustan Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında saziş imzalanıb
Mərkəzi Elmi Kitabxana Böyük Muruq kəndində “Açıq kitabxana” layihəsini həyata keçirib
Akbota Mussabayeva AMEA Mərkəzi Elmi Kitabxanasını ziyarət etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 