ONN media xəbər verir ki, AMEA Rəyasət Heyətində Kanadanın Vaterlo Universitetinin Riyaziyyat fakültəsinin dekanı, professor Stefan Vatt və həmin fakültənin riyaziyyat və biznes üzrə proqramlar direktoru, professor İlham Axundov ilə görüş keçirilib.
Öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonaqlara akademiyanın yaranma tarixi və qurumun Azərbaycan elminin inkişafında rolu haqqında məlumat verib. Bildirib ki, AMEA fəaliyyət göstərdiyi illərdə ölkə elminin beynəlxalq aləmə inteqrasiyasında mühüm rol oynamış, bir çox nailiyyətlərə imza atmışdır. Hazırda akademiyada neft, neft-kimya, Yer elmləri kimi prioritet istiqamətlərdə tətqiqatlar aparılır.
Akademik A.Əlizadə AMEA-da ilk dəfə olaraq 2015-ci ildən etibarən təşkil olunan magistratura pilləsi haqqında məlumat verib. Cari ildə Nazirlər Kabinetinin qərarı ilə AMEA-nın magistraturasına 92 yerin ayrıldığını diqqətə çatdırıb.
AMEA-nın prezidenti rəhbərlik etdiyi qurumda gənc alimlərin beynəlxalq aləmə inteqrasiyası baxımından dünyanın qabaqcıl ali məktəblərindən olan Vaterlo Universitetinin təcrübəsinin öyrənilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, iki qurum arasında müxtəlif elmi layihələrin həyata keçirilməsi, azərbaycanlı gənc tədqiqatçıların Kanadaya ezam olunması vacib məsələlərdəndir.
Sonra çıxış edən professor Stefan Vatt təmsil etdiyi ali təhsil ocağı barədə məlumat verib. 60 ildən çoxdur ki, fəaliyyət göstərən universitetdə müxtəlif elm sahələri üzrə təhsilin həyata keçirildiyini, burada təcrübə əsaslı tədrisə önəm verildiyini qeyd edib.
Universitetin ən böyük fakültəsinin Riyaziyyat fakültəsi olduğunu diqqətə çatdıran qonaq bu elm üzrə təhsil alan tələbələrin təhsillə yanaşı, elmi təcrübəyə də cəlb olunduqlarını qeyd edib. Bildirib ki, Riyaziyyat fakültəsinin fəaliyyəti əsas etibarilə üç hissəyə bölünür: ənənəvi riyaziyyat və informatika, kompüter elmləri, biznes və maliyyə texnologiyaları üzrə riyaziyyat.
S.Vattın sözlərinə görə, Vaterlo Universitetində Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən tələbələr təhsil alırlar. O, həmçinin təmsil etdiyi ali məktəbə qəbul qaydaları, qarşıya qoylan tələblər və şərtlər barədə danışıb.
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək beynəlxalq olimpiadalarda qızıl medallar qazanmış 56 azərbaycanlı tələbənin Vaterlo Universitetində təhsil aldığını bildirib. Alim Vaterlo Universitetində aparılan araşdırmaları, həyata keçirilən layihələri yüksək qiymətləndirərək AMEA ilə bu təhsil ocağı arasında kadr və təcrübə mübadiləsinin aparılmasının məqsədəuyğun olduğunu vurğulayıb.
Sonda birgə əməkdaşlığa dair müzakirələr aparılıb, əlaqələrin davamlı inkişafı istiqamətində müvafiq qərarlar qəbul edilib.
Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov, Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyev, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov və Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva da iştirak ediblər.



AMEA ilə Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
AMEA-nın prezidenti Bolqarıstanlı həmkarı ilə görüşüb
Rəyasət Heyətinin növbəti iclası keçirilib
AMEA ilə Monqolustan Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında saziş imzalanıb
AMEA prezidenti istefa verdi
AMEA -nın prezidenti Akif Əlizadə medalla təltif edildi
AMEA Rəyasət Heyəti üzvlüyünə seçkilər keçirilib
AMEA-nın professorlarının Koordinasiya Şurasının ilk iclası keçirilib
Akif Əlizadə bu vəzifəni daşıyacaq
AMEA-dan Ramiz Mehdiyevlə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
Ramiz Mehdiyevin həyat yoldaşı vəzifəyə TƏYİN OLUNDU
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 