Energetika Nazirliyinin mətbuat xidmətindən ONN media-ya verdiyi məlumata əsasən bildiririk ki, OPEC bülletenin mart sayında Azərbaycana həsr olunmuş “Bakı OPEC və qeyri-OPEC tədbirinə ev sahibliyi edir” (Baku hosts OPEC and non-OPEC) adlı xüsusi buraxılış dərc olunub.
Buraxılışda “OPEC və qeyri-OPEC neft sənayesinin beşiyini ziyarət etdi”, “OPEC və Azərbaycan: güclü və davamlı tərəfdaşlıq”, “Azərbaycan: tarix və müasirlik məkanı” başlıqlı məqalələr yer alıb. Məqalələrdə Azərbaycanın dünya neft sənayesi tarixində rolu, OPEC təşkilatı ilə 1992-ci ildən başlayan əlaqələrin 2016-cı ildən etibarən yeni mərhələdə inkişafı, neft bazarının tənzimlənməsi prosesində ölkəmizin davamlı dəstəyi, intensiv əməkdaşlığı, “OPEC plus” çərçivəsində tədbirlərdə mütəmadi iştirakı kimi məqamalara diqqət yetirilib. Bakıda OPEC plus tədbirlərinin yüksək səviyyədə keçirildiyi qeyd olunub. “Qlobal miqyaslı dövlət adamı və uzaqgörən lider kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bu illər ərzində OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə rəğbətimizi yetiririk” deyə, dövlət başçısının rolu xüsusi vurğulanıb. Nazirlərin Birgə Monitoriq Komitəsinin 13-cü iclasında səsləndirilən çıxışlardan sitatlar gətirilib. Bülletendə həmçinin ölkəmizin tarixi, coğrafi mövqeyi, əhalisi, neft-qaz ehtiyatları və beynəlxalq təşkilatlarla əməkdaşlığı, eləcə də 26-28 apreldə keçiriləcək “Formula 1” Azərbaycan Qran Prisi haqqında ətraflı məlumatlar əksini tapıb.



Bu gün “OPEC plus” ölkələri yenidən toplaşır
Azərbaycan oktyabrda “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib
“OPEC plus”un yeni Razılaşmasını Azərbaycan da təsdiqlədi
Nazirlərin Birgə Monitorinq Komitəsinin 13-cü iclasları keçiriləcək
Azərbaycan OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında təmsil olunub
"Azərbaycan OPEC+ ilə əməkdaşlığa böyük töhfə verir" - Baş katib
Neftlə bağlı KRİTİK GƏLİŞMƏ: sabah məlum olacaq
Azərbaycanın energetika naziri OPEC və qeyri-OPEC ölkələri nazirlərinin Vyana görüşündə iştirak edəcək
Azərbaycanın energetika naziri OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında iştirak edəcək
Azərbaycanın energetika naziri Vyanada bir sıra görüşlər keçirib
Neft hasilatının azaldılması qərarını Azərbaycan da dəstəkləyib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 