Aprelin 14-də Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində 3 ədəd minanın tapılması barədə məlumat daxil olub. ONN media xəbər verir ki, ANAMA-ya daxil olan məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Lənkəran şəhər rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri Dövlət Sərhəd Xidmətinin və Lənkəran şəhər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis və sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 9 ədəd təlim məqsədli tank əleyhinə mina və 1 ədəd təlim məqsədli tüstü şaşkası aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Təlim məqsədli minaların və tüstü şaşkasının ətrafında 300 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
9 ədəd təlim məqsədli tank əleyhinə mina tapıldı



Gəncədə təhlükəli tapıntı
Goranboyda mina tapılıb
Lənkəran şəhərində təhlükəli tapıntı aşkar edildi - FOTO
Tovuzda həyəcan siqnalı — Xüsusi çevik dəstə göndərildi
Nardarandakı qəbirstanlıqdan tapılanlar ŞOKA YARATDI
Sumqayıtda təhlükəli tapıntı aşkar edildi
Abşeronda aviabomba tapılıb
Mingəçevirdə top mərmisi aşkarlandı
Nərimanovda təhlükəli tapıntı aşkar edildi
Gəncədə təhlükəli tapıntı aşkar edildi
Qazaxda top mərmisi tapıldı
Bakıda əl qumbarası tapıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 