Lənkəranda DSX-nin Cənub Regional şöbəsinin ərazisindən 2 ədəd mina tapılıb ONN media xəbər verir ki, bu haqda Report məlumat paylaşıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) yanvarın 19-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən agentliyə Lənkəran şəhəri, Liman qəsəbəsi ərazisində fəaliyyət göstərən Liman sahil mühafizəsi bölməsinin xidməti ərazisində 2 ədəd minanın tapılması barədə məlumat daxil olub. Məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Cənub Regional şöbəsinin Liman Sahil Nəzarət bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin Cənub Regional şöbəsinin Liman Sahil Nəzarət bölməsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda qeyd olunan ərazidə dəniz sahilinə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi Dövlət Sərhəd Xidmətinin Cənub Regional şöbəsinin Liman Sahil Nəzarət bölməsinin əməkdaşları tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd tank əleyhinə mina (TM-62M) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Minanın ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Lənkəran şəhərində təhlükəli tapıntı aşkar edildi - FOTO



Salyanda raket aşkar edildi
9 ədəd təlim məqsədli tank əleyhinə mina tapıldı
Gəncədə təhlükəli tapıntı
Sumqayıtda təhlükəli tapıntı aşkar edildi
Goranboyda mina tapılıb
Şəmkirdə təhlükəli tapıntı aşkar edildi
Gəncədə təhlükəli tapıntı aşkar edildi
Xətai rayonunda təhlükəli tapıntı aşkar edildi
Qazaxda top mərmisi tapıldı
Xətaidə əl qumbarası aşkar edildi
Göygöldə top mərmisi tapılıb
Xətaidə əl qumbarası tapılıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 