Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı bu sahədə islahatların keyfiyyətcə yeni mərhələyə keçməsini şərtləndirib, məhkəmə-hüquq orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması üçün “yol xəritəsi” olub. Məhkəmə-Hüquq Şurasından ONN media -ya verilən məlumata görə, fərmana əsasən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması, belə müdaxiləyə görə məsuliyyətin artırılması, eyni zamanda hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün Məhkəmə-Hüquq Şurasında “qaynar xətt”in yaradılması məsələsi qoyulub.
Həmin məsələlər üzrə Şuraya birbaşa və maneəsiz müraciət etmək imkanlarının yaradılması məqsədilə zəruri avadanlıqla təchiz edilmiş “Qaynar xətt” əlaqə mərkəzi yaradılıb və ilkin olaraq (012) 310-22-77 nömrəli telefon xətti ilə fəaliyyətə başlayıb. “Qaynar xətt” əlaqə mərkəzinə bütün iş günlərində iş vaxtı ərzində müraciət etmək mümkün olacaq. "Qaynar xətt" əlaqə mərkəzinə daxil olan və icraata götürülən aidiyyəti müraciətlər üzrə Məhkəmə-Hüquq Şurası tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə hərtərəfli, tam və obyektiv araşdırmaların aparılması təmin ediləcək.Məhkəmə-Hüquq Şurasında “qaynar xətt” yaradıldı



Azərbaycanda ixtisaslaşmış məhkəmə yaradılacaq
Milli Məclisdə mühüm müzakirə
Məhkəmələrə inam artacaq
Camaat "qara siyahı"lardan əziyyət çəkməyəcək"- NAZİR
İlham Əliyev SƏRƏNCAM İMZALADI
Azərbaycanda yeni İcra Məcəlləsi hazırlandı
İlham Əliyev onları təbrik etdi
İlham Əliyev konfrans iştirakçılarını təbrik etdi
Şəki Apellyasiya Məhkəməsinin məlumatı
Azərbaycanda məşhur məhkəmə hakimləri yola salınır
Jurnalistlər üçün daha bir müsabiqə elan olundu
İnsan Hüquqları üzrə Avropa komissarı ilə Ədliyyə Nazirliyində görüş
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 