ONN media xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının ədliyyə işçilərini və hakimləri təbrik edib.
Təbrikdə deyilir: "Hörmətli ədliyyə işçiləri və hakimlər! Sizi Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə təbrik edirəm.
Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi 1918-ci ildə təsis edilmiş Azərbaycan ədliyyəsi bir əsrlik mürəkkəb və şanlı inkişaf yolu keçmişdir.
Azərbaycanda ədliyyə sisteminin intibahı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, bir neçə dəfə ləğv edilmiş Ədliyyə Nazirliyinin fəaliyyəti məhz Ulu Öndər tərəfindən 1970-ci ildə bərpa edilmiş, zəruri normativ sənədlər qəbul olunmuş və milli kadr hazırlığına xüsusi diqqət yetirilmişdir.
Azərbaycan Respublikası müstəqilliyini qazandıqdan sonra Ümummilli Liderin rəhbərliyi ilə Ədliyyə Nazirliyinin cəmiyyətdəki rolu və əhəmiyyəti artmış, müasir məhkəmə sistemi yaradılmış, məhkəmələrin müstəqilliyinin təmin olunması üçün mühüm addımlar atılmışdır.
Azərbaycanda ədliyyə orqanları və məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər bu gün də davam etdirilməkdədir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın təmin edilməsi məqsədilə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında sərəncam imzalanmış, test üsulu ilə şəffaf prosedurlar əsasında yeni hakim korpusu formalaşdırılmış, ədliyyə orqanlarının işi və göstərdiyi hüquqi xidmətlər yeni tələblər səviyyəsində qurulmuşdur. Son illərdə hakimlərin sayı əhəmiyyətli dərəcədə artırılmış, müasir məhkəmə kompleksləri inşa edilmiş, ədliyyə orqanları və məhkəmələrin maddi-texniki bazası gücləndirilmişdir.
Əminəm ki, ədliyyə və məhkəmə işçiləri qanunun aliliyinin, hər kəsin qanun qarşısında bərabərliyinin təmin olunması, vətəndaşlarının hüquqlarının qorunması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində səylərini bundan sonra da davam etdirərək Azərbaycan ədliyyəsinin inkişafına öz töhfəsini verəcəklər".



Ədliyyə Nazirliyində dövlət təltifləri təqdim edildi
Prezident DSX-nin şəxsi heyətini təbrik etdi
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini 20 illiyi münasibətilə təbrik edib
İlham Əliyev ona general RÜTBƏSİ VERDİ
Prezident bu şəxsləri təbrik etdi
Ədliyyə işçiləri ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər
Prezident Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin şəxsi heyətini təbrik etdi
"Heydər Əliyev və Azərbaycan ədliyyəsi" mövzusunda konfrans keçirilib
Habil Qurbanov: “Ulu Öndər Heydər Əliyev ölkəmizdə insan hüquqlarının qorunmasını dövlətin prioritet vəzifəsi kimi müəyyənləşdirib”
Ədliyyə Nazirliyində növbəti konfrans keçirilib
İlham Əliyev akademiyaya yeni rektor təyin etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 