Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə “Extremum–press” nəşriyyatında çapdan çıxmış “Özbək şeir çələngi” (“Uzbek şeriyati qulçambari”) kitabının təqdimat mərasimi keçirilib.
ONN media xəbər verir ki, kitabın tərtibçiləri Azərbaycan şairi Şahməmməd Dağlaroğlu, özbək şairəsi, tərcüməçi Şəhla Qasımovadır. Kitaba akademik Nizami Cəfərov və filologiya elmləri doktoru, professor Almaz Ülvi rəy veriblər. Toplunun məsləhətçiləri Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.
Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbirdə direktor Zuxra Berdiyeva iki xalq arasında dostluq əlaqələrindən, AMM-in Azərbaycan ədəbiyyatı nümunələrinin özbək dilində çoxsaylı nəşrlərindən danışıb. Bildirib ki, Azərbaycan dilində özbək ədəbiyyatının tanınmış simalarının əsərlərinin işıq üzü görməsi təqdirəlayiq hadisədir.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov kitabdakı şeirlərin tərcüməsinin xüsusi zəhmət tələb etdiyini vurğulayıb, nəşrin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, kitabda ilk dəfə olaraq özbək ədəbiyyatının tanınmış simaları – Çolpan, Oybek, Qafur Qulam, Zülfiyyə, Maqsud Şeyxzadə, Həmid Olimcan, Abdulla Aripov, Həlimə Xudayberdiyeva, Rauf Pərvi, Xurşud Davron, Tahir Qəhhar və başqa ədəbiyyat nümayəndələrinin populyar əsərləri Azərbaycan və özbək dillərində oxucuya təqdim edilir.
Kitabın redaktorları, şair Əkbər Qoşalı və Fərid Hüseyn ölkəmizdə özbək ədəbiyyatına böyük maraq olduğunu deyiblər. Onlar kitabda məşhur qələm sahiblərinin əsərləri ilə yanaşı, bir sıra gənc şairlərin şeirlərinin yer almasını təqdirəlayiq hal kimi qiymətləndiriblər. Kitabın iki xalqın ədəbiyyatına böyük hədiyyə olduğunu söyləyiblər.
Özbəkistan Yazıçılar İttifaqının tərcümə bölməsinin müdiri Atxam Alimbekov, şair Xasiyət Rüstəmova özbək ədəbiyyatını və düşüncəsini əks etdirən şeirlərin Azərbaycan dilinə çevrilməsini təqdirəlayiq hal kimi qiymətləndiriblər.
Mədəniyyət Mərkəzindən verilən məlumata görə, kitab Özbəkistan və Azərbaycan kitabxanalarına, elm, təhsil müəssisələrinə hədiyyə ediləcək.



Yazıçı Yunus Oğuzun “Ovçu” romanı Daşkənddə özbək dilində çap edilib
Daşkəndə Yunus Oğuzun “Atabəy Eldəniz” kitabının təqdimatı olub
Daşkənddə yazıçı Yunus Oğuzun “Ovçu” romanının təqdimatı olub
"Cığır" romanı özbək türkcəsində çap edilib - ÖZƏL
Musiqili Teatrın dekabr repertuarı
Yunus Oğuzun "Ovçu" romanı özbək dilinə tərcümə olundu
Qənirə Paşayevaya fəxri diplom verildi
Özbəkistanda Azərbaycan yazıçısı Yunus Oğuz haqqında veriliş yayımlanıb
Yunus Oğuz Özbəkistanın “Turan” Akademiyasının akademiki seçilib
Əli Həsənov:“Nursultan Nazarbayevin müdrik siyasətinin nəticəsində Qazaxıstanda ümummilli həmrəylik var”
Əli Əsədov sərəncam İMZALADI
Orfoqrafiya lüğətinin siqnal nüsxəsi çapdan çıxdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 