"Bütün ömrüm boyu son məqsədə çatmaq üçün marafona çıxmışam. Georgi Danelianın "Payız marafonu" filmi olmasa idi, elə bilərdim ki, bütün bunlar tək mənim payız nağılımdır."
Akif Qəhrəmanlı
Bəli, bu hər kəlməsi insanı sonu görünməyən quyuya sürükləyib, dərin bir dəryada batıran sözlər təəssüf ki, bir il yarımdır aramızda olmayan yazıçı, publisist, peşəkar tərcüməçi, jurnalistikamızın tanınmış simalarından biri olan Akif Qəhrəmanlının "Mən sabah da varam" adlı kitabındandır. Sözügedən kitab xatirə-anım kitabıdır. Akif Qəhrəmanlı geniş oxuyucu kütləsinə sahib idi. Lakin onun yazıb yaratdıqları üçün bu çox az göstərici idi. Akif Qəhrəmanlı sözün əsl mənasında " Arxa planda" qalan və mütəvazi həyat yaşayan bir yazıçı olmuşdur.
Onun bu gün BMM-də ziyalı qələm dostları, əməkdar jurnalistlər və onun əməkdaşlıq etdiyi digər yazarların iştirakı ilə təqdimatı keçirilən " Mən sabah da varam" kitabında uca yaradanın ona bəxş etdiyi ömürdə mərd yaşayan, heç kimdən gözləntisi olmayan, yalnız özünə, sözünə və qələminə güvənən - vətən, xalq və insanlıq eşqi ilə ömrünü başa vuran həqiqi ziyalı Akif Əvəz oğlu Qəhrəmanlının həyat yolundan bəhs edildi. Bu kitab bizim onun xatirəsinə mənəvi borcumuzu yerinə yetirmək üçün bir vasitə oldu. Kitabda vaxtilə Akif Qəhrəmanlı haqqında yazılmış məqalələr və onun özünün kağız üzərinə tökdüyü iç dünyasından seçmələr var. Bu Akif Qəhrəmanlının payız ağacı kimi rəngarəng ömrünün yarpaqlarından seçmələr kitabıdır.
Gəlin Akif Qəhrəmanlı dünyasına birlikdə səyahət edək.
Fəridə Qafarqızı



Prezident Akif İslamzadəni təltif etdi
Prezidentdən Akif Əlizadə ilə bağlı — SƏRƏNCAM
Akif Təvəkküloğlu koronavirusa yoluxdu
Prezident Akif Məlikovu təltif edib
Akif Əlizadə bu vəzifəni daşıyacaq
Fuad Qəhrəmanlı barışmaq istəyir? - Vəkildən açıqlama
Akif Təvəkküloğlu Milli Məclisə qayıtdı
AMEA prezidenti istefa verdi
20 dekabr Mehmet Akif Ərsoyun doğulduğu gündür
Prezident Akif Əlizadəni qəbul etdi
Akif Təvəkküloğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ
İsa Həbibbəyliyə yeni vəzifə verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 