Ölkəmizdə sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması çərçivəsində orta və kiçik sahibkarların maliyyə çıxışının asanlaşdırılması, daşınar və daşınmaz əmlakın gəlir gətirməsi və girov kimi istifadə edilməsi imkanlarının təhlili, bankların gəlir gətirmə prosesində iştirak edən daşınar əmlaka girov kimi etibarın yüksəldilməsi istiqamətində konkret tədbirlər görülür, qanunvericilik təkmilləşdirilir. Bu məqsədilə "Daşınar əmlakın yüklülüyü haqqında" 02.05.2017-ci il tarixli Qanun qəbul edilib, 2018-ci ilin mart ayından daşınar əmlakın yüklülüyü haqqında dövlət reyestri fəaliyyətə başlayıb. Ədliyyə Nazirliyindən ONN media -ya verilən məlumata görə, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və hüquqi maarifləndirmə məqsədilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı Nümayəndəliyi (IFC) və İsveçrənin İqtisadi məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə birgə "Daşınar əmlakın yüklülüyü" mövzusunda silsilə təlimlər təşkil olunur. Bu günlərdə keçirilmiş növbəti təlimin açılışında Akademiyanın rektor vəzifəsini icra edən Elçin Xələfov, IFC-nin Layihə təmsilçisi Teymur Heybətov və Maliyyə Bazarlarına Nəzarət Palatası idarə heyətinin üzvü vəzifəsini icra edən Əfqan Baxışov çıxış edərək bildiriblər ki, təlimlərin keçirilməsində məqsəd daşınar əmlakın yüklülüyü sahəsində mübahisələrə baxacaq hakimlər tərəfindən yeni qanunvericilikdən və beynəlxalq təcrübədən irəli gələn məsələlərin öyrənilməsi, milli təlimçilərin hazırlanmasıdır. Birinci instansiya məhkəmələri hakimlərinin cəlb olunduğu təlimdə IFC-nin və Palatanın nümayəndələri tərəfindən "Azərbaycanda maliyyə infrastrukturu sahəsində qanunvericilik və institusional islahatların qısa xülasəsi", "Daşınar əmlakın yüklülüyü ilə tanışlıq", "Daşınar əmlakın yüklülüyündə üstünlük qaydaları", "Məhkəmə baxışı", "Daşınar əmlakın yüklülüyünün yaranması (əqdlərin rəsmiləşdirilməsi)”, "Daşınar əmlakın yüklülüyündə yüklülük predmetinə tutma yönəldilməsi" mövzuları üzrə mühazirələr tədris olunub, dinləyiciləri maraqlandıran suallar ətrafında faydalı fikir mübadiləsi aparılıb.
Ədliyyə Akademiyası Beynəlxalq Maliyyə Korporasiyası birgə hakimlər üçün təlim keçirib



İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edildi – 2500 MANAT CƏRİMƏ
Azərbaycanda yenilik: saytı girov qoyub kredit götürmək olar
Milli Məclisin növbəti iclası başlayıb
Kreditlərlə bağlı sevindirici xəbər - Yeni qanun qüvvəyə mindi
Azərbaycanda "jurnalist vəsiqələri" ilə bağlı qərar verildi
Keçmiş mətbuat katibi xüsusi rütbə aldı
Sahibkarlara 50 milyona yaxın subsidiya ödənildi
İqlim və Enerji üzrə Merlər Razılaşmasının Milli Əlaqələndiricisinin 2019-cü il üzrə İş Planı təsdiq edilib
Beynəlxalq Bankla bağlı müzakirələr aparılıb
Azərbaycan 19 məhbusu İrana təhvil verdi - RƏSMİ
Baş nazir “Beşbarmaq dağı” ilə bağlı sərəncam imzalayıb
Ədliyyə Akademiyasında iqtisadiyyatın inkişafında hüququn roluna dair beynəlxalq konfrans keçirilib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 