ONN İnformasiya Agentliyi

DİN Bakıda törədilən qətllə bağlı məlumat yaydı

DİN Bakıda törədilən qətllə bağlı məlumat yaydı
09 Yanvar 2020 - 13:07

Daxili İşlər Nazirliyi Suraxanıda törədilən qətllə bağlı məlumat yayıb.

ONN media nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 8-də saat 21 radələrində Şabran rayon sakini R.İsmiyev Suraxanı rayonunun Bülbülə qəsəbəsində kirayədə yaşadığı evdə münaqişə zəminində onunla birgə yaşayan bibisi oğlu Cavid Muxtarova bıçaqla xəsarət yetirib. C.Muxtarov xəstəxanaya aparılarkən yolda ölmüşdür.Rayonun polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Şabran rayon sakini R.İsmiyev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png