...Həyatda uğurla yaşamaq üçün xalqımızın, millətimizin milli-mənəvi dəyərlərinə sadiq olmaq lazımdır, bu milli-mənəvi dəyərləri ümumbəşəri dəyərlərlə birləşdirib müasir həyat tərzi keçirmək lazımdır.
Heydər Əliyev, Ümummilli lider.
Azərbaycan XVII – əsrdə yaxın Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınırdı və Şirvan əlayəti Azərbaycanda ən iri ipəkçilik rayonu idi. Bundan başqa Azərbaycanın Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa rayonlarında da ipəkçilik istehsalı çox inkişaf etmişdir.
Kəlağayı — Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyü. Azərbaycanın qərb zonasında kəlağayıya bəzən çarqat da deyilir. XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanın ənənəvi kəlağayıçılıq mərkəzləri müxtəlif siyasi və sosial-iqtisadi səbəblər üzündən, xüsusilə də Rusiyadan daxil olan ucuz fabrik mallarının kustar karxana məhsullarını sıxışdırması nəticəsində mövqeyini dəyişmiş və kəlağayıçılıq tədricən yalnız iki mərkəzdə – Basqal və Gəncədə cəmləşməyə başlanıb.

Qadın baş geyim növü – kəlayağı zərif lif və iplərdən toxunur, materialına və ölçüsünə görə fərqlənir.
Əvvəllər toxuculuq dəzgahlarında hazırlanan örpəklər yaş fərqinə və zümrə mənsubiyyətinə görə müxtəlif çeşid və rənglərdə olurdu. Orta əsrlərdə Azərbaycanda istehsal edilən örpəklər xarici ölkələrə satılırdı.
26 Noyabr Azərbaycan Kəlağayısı Günü bütün dünyada beynəlxalq səviyyədə qeyd olunur. 2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin keçirilən iclasında “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilmişdir.
Kəlağayı faylını birinci xanım, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi hazırayıb. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin UNESCO yanında Daimi Nümayəndəliyi, UNESCO üzrə Milli Komissiyanın birgə həyata keçirdiyi çoxşaxəli fəaliyyət nəticəsində Komitə kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiq etmiş olub.
Zərif lif və tellərdən toxunan örpəklər materialına və ölçüsünə görə müxtəlif olmuşdur. Toxuculuq dəzgahlarında hazırlanan örpəklər yaş fərqinə və zümrə mənsubiyyətinə görə müxtəlif çeşid və rənglərdə hazırlanırdı. Azərbaycanda qədimdən istehsal olunan örpək son orta əsrlərdə xarici ölkələrə də ixrac edilirdi. Keçmişdə daş-qaşla bəzədilmiş və xalis qızıl, gümüş tellərdən toxunmuş örpəklər də yayılmışdı. Qadın örpəkləri arasında başlıca yer tutan kəlağayılar istehsal mərkəzlərinə görə (Gəncə, Basqal, Şəki, Şamaxı və s.) bir-birindən seçilirdi.
Basqalda dünyada yeganə olan bir muzey də fəaliyyət göstərir: çoxəsrlik Basqal sənətkarlığının incilərindən olan kəlağayıçılığın tarixini səhifə-səhifə göz önündə canlandıran, köçüb getmiş nəsillərin yadigarı, uzaq illərin-əsrlərin şahidi olan Kəlağayı Muzeyi!

Buraya gələn turistlər və xarici qonaqlar muzeyə böyük maraq göstərirlər. Burada nümayiş olunan eksponatlar içərisində neçə-neçə incə kəlağayı naxışlarından xəbər verən qəlib nümunələri, boyaqxana ləvazimatları, zərif saplar, müxtəlif bitkilərdən alınmış rəng nümunələri, zövqlə işlənmiş bədii tikmələr, bəzək nümunələri, bərli-bəzəkli yorğan üzləri qədim dəzgahların hissələri, bolluq və cəsarət rəmzi sayılan qoç buynuzlu, “S”-vari bəzəklər, butalar, sünbül, gül yarpaq şəkilləri, həndəsi ornamentlər və nəhayət, bərli-bəzəkli kəlağayı nümunələri nümayiş olunur. “Heyratı” (və ya Heratı), “Bəstə-nigar”, “Gəlinlik”, “Qızılı”, “Mixəyi”, “Noxudu”, “Ağzəmin zanbağı”, “Ağzəmin-qızılı”, “Bənövşəyi, “Yaşıl-qara” və s. kəlağayılar isə bu muzeyin ən qiymətli eksponatlarıdır. Təsadüfi deyil ki, bu gün Azərbaycana – qədim Şirvan torpağına təşrif buyuran və Basqal kəlağayı ustalarının sorağını eşidən hər kəs muzeyə gəlir və bu sirli-sehrli dünyanın möcüzələrini gözləri ilə görür. Həmin möcüzələr isə bu günün insanlarına, xüsusilə də gənclərdə bu sənətə həvəs yaratmaqla bərabər, onlarda ulu tariximizə, keçmişimizə və soykökümüzə məhəbbət hissləri aşılayır.
İsmət və saflıq simvolu
Kəlağayını Azərbaycanda vaxtilə yeni qurulan ailənin təməli hesab ediblər. Qızlar sevdikləri oğlanın elçi göndərməsinə razılıqlarını ona kəlağayısını verməklə bildirərdilər. Kəlağayını oğlana bağışlayan qız eşqinə ömürlük sadiq qalacağına and içərmiş.
Ənənəyə görə, uşaq dünyaya gələndə onu anasının gəlin gedərkən başına örtdüyü qırmızı kəlağayıya bükərmişlər.
Müharibənin, qan tökülməsinin qabağını almaq istəyən analarımız, nənələrimiz döyüşən tərəflərin arasına kəlağayı atanda onlar əl saxlayıb geri durar, kəlağayını ayaqlamazdılar.
Həm tariximiz, həm bu günümüz
Bu gün səs-sorağı əsrlərin dərinliklərindən gələn ulu kəlağayıçılıq sənətinə maraq getdikcə artır. Sənətkarların xam ipəkdən hazırladıqları al-əlvan, zərif kəlağayılar dünyanın bir sıra ölkələrinə ixrac olunur. Əsrlər boyu Azərbaycan qadınının, qız-gəlinlərimizin ismət, həya, xanımlıq simvolu sayılmış kəlağayı müasir dövrdə də öz dəyərini qoruyub saxlayır.
Aynur Turan



Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
Prezident: "İslam dəyərlərinin təbliği istiqamətində ardıcıl səylərimizi davam etdirəcəyik"
MEK-də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərgi açılıb
Bu gün Azərbaycanda Milli Qurtuluş Günüdür
Əli Həsənov: Azərbaycanın bugünkü yüksək inkişaf səviyyəsinin təməlində Heydər Əliyev siyasəti dayanır
Şuşada daha bir İLK YAŞANIB
Baş Nazir: “Əsrin müqaviləsi”dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi
Energetika Nazirliyində Ulu Öndərin anadan olmasının 95 illiyi qeyd olunub
Dünyaya mənəviyyatımızı, mübarizliyimizi göstərək - Cavid İSMAYIL yazır
“Ulu Öndərin kəşf etdiyi azərbaycançılıq ideologiyası mükəmməl bir milli birlik platformasıdır” - Komitə sədri
Əfqanıstanda baş verənlər bölgəyə və müsəlman ölkələrinə necə təsir edəcək?
Azərbaycan üçün əlamətdar gündür – Millət vəkili
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 