Əfəndilər!
Tariximiz bizə dərs olmalıdır. Tarixin bütün səhifələrindən dərs çıxartmalı, buraxılmış tarixi səhvləri təkrarlamamalıyıq. Unutmamalıyıq ki, düşmən daima oyaqdır və hər bir tarixi şərait yarandıqca türkün düşmənləri Türkə zərbə endirmək fürsətini əldən buraxmayıb.
Məsələn, 1921-ci ildəki kimi. Bu günkü İran deyilən coğrafiyada çox əsrlik Azərbaycan-Türk hakimiyyətinin devrilməsi istiqamətində də tarixi şərait yarandı və düşmən acımasız oldu.
1921-ci ildə Qacar dövrünün tanınmış baş naziri Fətulla xan Əkbər hökümətinə qarşı İran kazak diviziyasının birbaşa dəstəyilə Ziyaəddin Təbatəbai və Rza “xan”ın (sonradan Rza şah Pəhləvi adıyla tariximizə sancılmış xəncər) başçılığı ilə çevriliş baş verdi. Bu çevriliş zamanı Ziyaəddin Təbatəbai ideoloq və siyasi beyin mərkəzi olduğu halda Rza “xan” güc və icra sahibi idi. Bir sözlə, Rza “xan” bu çevrilişdə hərbi lider, Ziyaəddin Təbatəbai isə siyasi lider kimi birgə çevriliş etdi. Bəli, mənbələri araşdırarkən aydın görünür ki, hər ikisini də dəstəkləyən İngiltərədir. Adi gözlə baxanda susqun və tərəfsiz görsənən İngiltərə əslində birbaşa olaraq bu çevrilişə dəstək verən əsas güc mərkəzi olub.
Doğrudur, çevriliş Əhməd şah Qacarı baş nazir Əkbərin vəzifəsindən uzaqlaşdırılmasına və üsyançı Ziyaəddin Təbatəbainin baş nazir olaraq təsdiq edilməsinə məcbur etsə də, Ziyaəddin Təbatəbai cəmi 100 gün vəzifədə qalmışdır.
Gələk əsas mətləbə.
Xarici, məkrli qüvvələrin Türkə xəncər düzəldərək arxadan sapladığı Rza “xan” kimdir? Qısa bir nəzər…
Rza “xan”ın uşaqlığı çox çətin və yoxsul şəraitdə keçib. Belə ki, atası Abbas Əli xan Rza çox kiçik olarkən vəfat edib. Atası vəfat etdikdən sonra ailə əsas dayağını itirib. Anası Nuşafərin onu təkbaşına böyütməli olub. Onlar bir müddət Mazandaran bölgəsində, sonra isə Tehranda yaşayıblar. Bütün mənbələrdən görünür ki, onların maddi imkanları çox zəif olduğundan Rza rəsmi təhsil ala bilməyib və oxuma-yazmağı da gec yaşlarında, əsasən öz səyi ilə öyrənib.
Rza fiziki cəhətdən iri, güclü və dözümlü, eyni zamanda maddi cəhətdən yoxsul, həm təhsilsiz olmaması səbəbindən yeganə çıxış yolunu gənc yaşlarından hərbçi olmaqda görür. Beləliklə, o, İran Kazak Briqadasına əsgər kimi daxil olur. Lakin nizam-intizamı, sərt xarakteri və cəsarəti sayəsində yavaş-yavaş xidmətdə yüksəlir. Görünür, elə bu və bir sıra digər xarakterik xüsusiyyətlərinə görə o Türkə qarşı olan məkrli qüvvələrin diqqətini cəlb edib.
Bir sözlə, bu briqada onun üçün həm dolanışıq mənbəyi, həm də daha sonra şah olmaq istiqamətində yüksəliş yolu olub.
Onu da qeyd edək ki, Rza “şah” kasıb bir hərbçi, təhsil və zadəganlıq olmadan, yalnız ordu və birbaşa xarici güc vasitəsilə İranın şahına çevrilmiş nadir tarixi fiqurlardan biridir.
Beləliklə, Türk düşmənləri təhsil və zadəganlığı olmayan Rzanı 1921-ci il çevrilişindən sonra, 1923–1925-ci illər aralığında əvvəlcə baş nazir, daha sonra 12 dekabr 1925-ci ildə dövrün Məclisi Qacar sülaləsini ləğv etdirərək fars dövləti qururlar və Rzanı şah etməklə özlərinin yeni layihələri olan, qondarma Pəhləvilər sülaləsinin təməlini qoyurlar.
Beləliklə, ABŞ və Britaniyanın dəstək verdiyi Pəhləvilər sülaləsi (1925–1979) zamanı İran deyilən dövlətdə o torpaqların dədə sahibi olan azərbaycan türklərinə qarşı bir sıra qanunsuz və ayrı-seçkilik xarakterli siyasətlər həyata keçirilmişdir. Bunlar əsasən milli-mədəni hüquqların pozulması, zorakı assimilyasiya və siyasi repressiyalarla bağlı idi.
Əfəndilər!
Xəbis qüvvələrin qurduğu Pers dövləti ilk olaraq Azərbaycan türklərinin ana dilinin qadağan edilməsi və farslaşdırma siyasəti apararaq Azərbaycan türkcəsinin təhsil, məhkəmə, mətbuat və dövlət idarələrində istifadəsini qadağan etdi. Məktəblərdə yalnız fars dilində təhsil məcburi oldu. Azərbaycan dilində kitab, qəzet və jurnallar ya qadağan edildi, ya da ciddi senzura altına alındı.
Pers dövlətinin dil və təhsil siyasətinə görə, Azərbaycan türkcəsində tədris cinayətə yaxın hal kimi qəbul edildi. Uşaqlar ana dilində danışdıqlarına görə cəzalandırılırdı.
O torpaqlardan türk izini itirmək üçün yer adlarının və soyadların dəyişdirilməsi siyasəti yürütdülər. Minlərlə türk mənşəli yer adı farslaşdırıldı. Soydaşlarımızı türk soyadlarını dəyişməyə məcbur etdilər. Bu Pers dövlətinin rəsmi ideologiyası türkləri “geri qalmış”, “fars mədəniyyətinə təhlükə” kimi təqdim edirdi.
Pers hakimiyyəti iqtisadi ayrı-seçkilik edərək Azərbaycan bölgələrini (Təbriz, Ərdəbil, Zəncan və s.) mərkəzi hakimiyyət tərəfindən bilərəkdən yerli sənaye və ticarəti, bir sözlə, ümumi iqtisadi infrastrukturu zəiflətdi. Əksinə, qeyri-türk əraziləri iqtisadi cəhətdən inkişaf etdirdi.
1945–1946-cı illərdə Azərbaycan Milli Hökumətini hərbi güc tətbiq etməklə dağıtdı. Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Milli Hökumətini hərbi güclə devirdikdən sonra minlərlə söydaşımıza divan tutdu. Düşünən beyinlərimizə, ziyalılarımıza, milli kimliklə alovlanan soydaşlarımıza qarşı soyqırım siyasətini artırdı. İnsanlarımız edam edildi, həbs olundu, sürgünə göndərildi. Azərbaycan dilində açılmış məktəblər, teatrlar və mətbuat bağlandı.
1979-cu il.
Bəli, dünya siyasətində məkrli qüvvələr arasında savaş getdikcə öz aralarında müəyyən zaman içində müxtəlif dəyişikliklər etsələr də, bu gün də öz maraqlarını daha da möhkəmləndirmək istiqamətində addımlar atırlar.
Beləliklə, İran deyilən dövlətdə İslam inqilabı altında yenə də türk düşmənçiliyi və yenə də türk düşmənlərinin yeni layihəsi ortaya çıxdı.
Beləliklə, Fransadan xüsusi təyyarə və İngiltərənin xüsusi xidmət orqanı olan Mİ-6-nın qoruması ilə Tehrana dönən Ayətulla Xameyninin gəlişi ilə həmin qərb dövlətləri yaratdıqları “medalın” arxa tərəfini yeni adla çəkdilər.
İslam dövləti adı altında elə ən yeni tariximizə nəzər salsaq, nəinki o torpaqların dədə sahibi olan soydaşlarımıza qarşı Pəhləvinin antitürk siyasətini davam etdirdilər, eyni zamanda Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra bu ağ əmmaməli keşiş dövləti Arazın bu tayına da barmağını uzatdı. Torpaqlarımızı 30 il işğal altında saxlayan, məscidlərimizi, dini məbədlərimizi, qəbr evlərimizi təhqir edən, qız-gəlinlərimizin başına min bir müsibət açan, insanlarımızı diri-diri yandıran ermənilərə qucaq açıb “qardaş” dedi. Erməniləri bu 30 il ərzində imtiyazlı şərtlərlə yanacaq, ərzaq, hərbi sursat və s. təmin etdi. Dəfələrlə müstəqilliyimizə və ərazi bütövlüyümüzə qəsd etdi və sonunda cavabını da aldı.
İndi İran deyilən dövlətdə etirazlar – ixtişaşlar başlayıb. Yenə də arxa fonda həmin qüvvələr zamanında yaratdıqları Pəhləvi “sülaləsinin” vəliəhdini hakimiyyətə gətirmək istəyirlər.
Yeni dünya düzənində artıq nə siyasi əxlaq qalıb, nə də ki, siyasi ədalət.
İndi 30 milyondan yuxarı soydaşlarımızla bərabər türkmənlər, xələclər, qaşqaylar, Xorasan türkləri, uyğurlar və s. türklər və canımız, vətənimiz Azərbaycanın böyük bir hissəsi, Arazın o tayında tarixi sınaq qarşısındadır.
Bəli, bir müstəqil Azərbaycan vətəndaşı, bir ziyalı kimi anlayıram ki, biz regionda gedən bütün geosiyasi vəziyyətlərə hazır olmalıyıq. Eyni zamanda ürəyim çox rahatdır. Çünki ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş müstəqil və güclü dövlətimiz var. Bu dövlətin ümumtürk kontekstində son 200 ilə yaxın olan bir dövrün ən şanlı səhifəsini yazan, qüdrətli Azərbaycanın, regionda yeni yaradılan geosiyasi reallıqların qurucusu, dədə-kökə bağlı, türkün törəsinə sadiq dünya azərbaycanlılarının prezidenti, Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu var. Eyni zamanda, qərbə sinə gərərək, dədə-kökə sadiq qalaraq tarixi missiyasını yerinə yetirməkdə davam edən böyük və qüdrətli Türkiyəmiz var. Və Böyük Türk dünyası ailəmiz var!
Bir sözlə, Təbriz, sən tək deyilsən! UNUTMA! NƏ ŞAH, NƏ DƏ Kİ MOLLA! YALNIZ İSTİQLAL!!!



Türkiyədə yeni bir çevriliş təhlükəsi var?
Məktəblərdə “Ortaq türk tarixi” də tədris olunacaq
Qurtuluşun qutlu olsun, ƏRZURUM - Cavid İSMAYIL yazır
Düşmənimiz kimdir? – Cavid İSMAYIL yazır
“Turan Araşdırma Mərkəzi” nin sədri təltif edilib
QARDAŞI QARDAŞA QIRDIRDILAR - FƏRQANƏ faciəsini unutmadıq -unutmarıq! - Cavid İSMAYIL yazır
Paşinyan saxta “çevriliş şousu” hazırlayır
Sudanda hərbi çevriliş olub?
Səfirliyimizə hücumun pərdəarxası- HƏDƏF KİMDİR?
O BİR TÜRK OĞLU! – Cavid İSMAYIL yazır
Çində hərbi çevriliş olub?- ŞOK İDDİA
Düşmənimiz kimdir?! - Cavid İSMAYIL yazır
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 