Bu yaxınlarda Şəhidlər Xiyabanında baş verən bir hadisə, daha dəqiq desək, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəylinin xiyabanı ziyarət zamanı AMEA əməkdaşlarından Coşqun Məmmədovun İsa Həbibbəyliyə çətir tutması sosial şəbəkələrdə müzakirə, daha doğrusu, qınaq mövzusuna çevrildi.
Fikir verin, ağsaqqal alimin, ziyalının, akademikin başı üzərində başqa bir şəxs çətir tutmuşdu. Təəssüf ki, bəziləri bu mənzərəni anlayışla qarşılamadı, əksinə, onu təhqir etdilər, alçatdılar, “niyə çətir tutur”, “niyə belə alçaldıcı hərəkət edir” deyə ittihamlar səsləndirildi.
Əfəndilər!
Sizcə, doğrudanmı bu hərəkət alçaldıcı idi, yoxsa biz, əsrlərdir dədə-babalarımızdan bizə miras qalmış dəyərlərimizi unutmağa başlamışıq?
Elə bu yerdə görkəmli orta əsr Azərbaycan şairi və mütəffəkkiri Məhəmməd Füzulinin bu kəlamını xatırladım; “ Hörmət əyilmək deyil, ucalmaqdır!”
Əfəndilər!
Daima görmüşük ki, bir ağsaqqal yoldan keçərkən hər kəs ayağa qalxar, ona böyük ehtiram göstərər, siqaret çəkən siqaretini gizlədər, övladı qucağında olan, sakitcə onu qucağından yerə endirər, əlində yükü olsa tanıdı tanımadı, ona kömək edərdi. Çox şükürlər osun ki, bu dəyərlərə sadiq qalanlar bu gün də cəmiyyətimizdə var.
Ümumiyyətlə desək, hər birimizə aydındır ki, bizim milli-mənəvi yaddaşımızda ağsaqqala hörmət, ehtiram xüsusi yer tutur. Dədə-babadan bizlərə miras qalan bir anlayış var: yaşlıya, ağsaqqala hörmət etmək, ehtiram göstərmək zəiflik deyil, əxlaqdır. Mənim baxış bucağımdan baxanda isə bir ziyalı-vətən oğlunun bu hərəkəti xidmətçilik yox, tərbiyə məsələsidir. Və bu hərəkəti onu alçaltmır, əksinə onu ucaldır.
Təəssüf doğuran odur ki, bəzilərimiz bəzən zahiri görüntüyə ilişib mənanı itiririk. Çətir tutanın dəyərlərə sadiqlik niyyətinə yox, kənardan necə göründüyünə baxılır. Halbuki milli-mənəvi dəyərlər məhz niyyətlə ölçülür. Hörmət göstərmək kimisə kiçiltməz, əksinə, bütün cəmiyyətimizi böyüdər. Yeri gəlmişəkən bir dədə deyimini də xatırladım, “Niyyət gözəldirsə, görünüşdən qorxma.”
Əfəndilər, sizə elə gəlmir ki, mövcud problem çətirdə deyil. Problem, çətirin altında qalmalı olan dəyərlərin yağış altında unudulmasındadır?
Sizə elə gəlmir ki, ağsaqqala hörmət etdiyinə görə kimisə qınayan yox, bu hörməti nümunə götürən cəmiyyət olmağa ehtiyacımız var.
Çünki dəyərlər itəndə qaragürüh, nadanlıq, cahillik çox olur, vicdan isə susur. Yenə də Məhəmməd Füzülinin bir kəlamını xatırladım; “Vicdan susanda səs-küy çox olar”
Mən isə bir ziyalı olaraq o çətiri tutan şəxsə təşəkkür edirəm. Çünki o yalnız bir ağsaqqala hörmət-sayqı göstərməklə milli-mənəvi dəyərlərə sadiqliyini göstərdi. Milli mənəvi dəyərlərə sadiq olan insanların varlığı isə, bu torpaqda ümid işığıdır.
Övladları isə belə bir ata ilə qürur duymalıdırlar, çünki ata yalnız çətir tutmayıb, həm də hörmət və əxlaq nümunəsi göstərib.
Biz unutmamalıyıq: ağsaqqalı olmayan cəmiyyətin gələcəyi də ağsaqqalsız olur. Çətirlər yox, dəyərlər qalmalıdır. Və biz, hələ də bu dəyərlərə sadiq insanların varlığını gördükcə, ümidimizi itirmirik



İsa Həbibbəyliyə yeni vəzifə verilib
QARDAŞI QARDAŞA QIRDIRDILAR - FƏRQANƏ faciəsini unutmadıq -unutmarıq! - Cavid İSMAYIL yazır
Bu məşhur brendlər 1200 dollarlıq çətir hazırladı
Bu gün AMEA-ya yeni prezident seçiləcək?
AMEA Rəyasət Heyəti üzvlüyünə seçkilər keçirilib
Onlar düşməndən də təhlükəlidir - Cavid İSMAYIL yazır
SİMASIZLARA... – Cavid İSMAYIL yazır
Ramiz Mehdiyev bu gün istefa verəcək? - Toplantı olacaq
8 avqust Rasim Balayevin doğulduğu gündür
Susmayaq! Azərbaycan ordusuna uzanan xain əlləri kəsək! – Cavid İSMAYIL yazır
Ölümün üzünə gülən körpə - Cavid İSMAYIL yazır
Bacarmayacaqsınız!!! Bizim yolumuz ZƏNGƏZURADIR!!!- Cavid İsmayıl ÖZƏL
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 