Əsl qohum və əsl dost münasibətləri: -Ayə, Fərzəli, öz aramızdır, Fəraməz yaman qabağa gedir aa. Doğma xalanın oğludur. Zəng et, de ki, ay əclaf, bir əl tut da! Heç olmasa, iki bacının uşaqlarıyıq. Nəyə oturmusan o vəzifədə?
Yaxud:
-Deyirəm, Ələsgər! Vaxt var idi Səmədlə bir patokda oxuyurduq. Nimdaş köynəklə gəlib gedirdi. İndi oğraş gör haralara gedib çıxdı. Daha bizi saymaz.
Digər variantlar:
-Sərvinaz xanım, qohumunuz Qalib müəllim sizi görmək istəyir.
-De ki, yoxdur. (Öz-özünə deyir: bu da haqq deyib durub. İşə qoymuşdular, çapıb-talayıb özünə gün ağlayardın da. Yaşın əlliyə çatır. Hələ evin də yoxdur. Elmə, savada, düzlüyə tüpürən var? Guya sən özünü bizdən ağıllı sanırsan? O ağıllılıq yaxşı olsaydı, əsla sənə buraxmazdıq onu. Xüləs, xatası bizdən uzaq. Bu var-dövləti ələ keçirincə nələrdən vaz keçmişəm. Ağrımayan başıma niyə duz bağlayım?! Qoy rədd olsun! Nə qohum? Arazdan keçəndə dal-dala dəymişik.).
Bir müddət keçir. Tale Qalib müəllimin də üzünə gülür (təbii ki, maddi yox, mənəvi cəhətdən). Artıq elmi ictimaiyyət Qalib müəllimi yüksək keyfiyyətlərə malik layiqli və milli bir ziyalı kimi qiymətləndirir.
Artıq Sərvinaz xanım gördüyü hər kəsə, xüsusən, elm adamlarına evi və pulu olmayan Qalib müəllimlə yaxın qohumluğundan, uşaq yaşlarından onun istedadına, ailə tərbiyəsinə və s. bələd olduğundan ağızdolusu danışmağa başlayır, tərflədikcə tərifləyir.
Toplananların yerini dəyişəndə cəm dəyişmir. Yenə də qohum Sərvinaz sərvət içində, Qalib müəllim isə ehtiyac burulğanında. Qalib müəllimi ovunduran mənəvi uğuru, Sərvinaz xanımı dəli edən malın çoxluğu.
Mənəviyyatın uğuru



Səhərdən telefonum susmur, hamı zəng edir - Rasim Balayev
Aysun İsmayılovadan ŞOK SÖZLƏR
Görəsən bu məsələni Ramiz müəllimlə əlaqələndirmirlər ki?
Azərbaycanda qohum evliliyi qadağan edilir?
İranın lütlənməsi- YUNUS OĞUZ YAZIR
Yunus Oğuzdan ibrətamiz MƏSƏL
Vahabzadə rus xalqından üzr istəsin – Millət vəkili
Hüseyn Dəryanın oğlundan ÜRƏK DAĞLAYAN SÖZLƏR – VİDEO
"Deyirdi, Sənay mənim bacımdır" - Təcavüz qalmaqalı
Bakıda arvadını öldürən polis qətldən sonra intihar etmək istəyib - YENİ TƏFƏRRÜAT
Karantinin gərəkli və gərəksiz qurumları - İkinci yazı YUNUS OĞUZ yazır
Bunlarada qardaş dedik, bacı çıxdılar
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 