Yusif Günaydın “Mozaikalar” düzümündən daha bir yarpaq. Xəlil Rza Ulutürkün xatirəsinə. Piyada beş-on dəqiqəlik yol var dəniz sahilinə. Bağlar arası, kəsə gedəndə məsafəni bir az da azaltmaq olar. Səhər çağıdır. Dəniz hələ görünməsə də, arabir külək ləpədöyənin səsini yolumuzun üstünə çıxarır; bu anlar dənizin duzlu nəfəsi üzümüzə dəyir, kirpiklərimizi oxşayır. Hələ bağ mövsümü başlamayıb. Ətraf kimsəsizdir. Arabir gah ucalan - gah da enən quş cəh-cəhi eşidilir. Səhər quşcuğazı həvəslə oxuyur. İkimiz - mən və şair dinməzcə üzü dənizə tərəf irəliləyirik. Azca üşüsəm də, qətiyyətli addımlarla sahilə tələsən şairdən geri qalmamağa çalışıram. Yolumuz atılmış, çəpərsiz bağların içindən keçir. Orda-burda ot-alaq içində boğulan seyrək meynələr, ətrafını qum basmış uçuq-sökük bağ evləri yaz səhərinin xoş, romantik atmosferinə uyuşmur. Yoxuş başa çatandan sonra qarşımızda geniş bir ərazi açılır. Hansı nadürüstsə sönməmiş siqaret kötüyünü atıb yerə, ya da kibritlə məzələnib. Quru otlar barıt kimi od tutaraq yanıb, qaralıb.Yanmış otların ucları ağdır, külə dönüb. Bu qara səhranın içindən dikələn tənha ağacdan da alov yan keçməyib. Otların üstü ilə iməkləyən od dalğası onun da gövdəsinə daraşıb, köksünü qaraldıb.Üçbucaq şəklində qara bir yara var ağacın sinəsində, bu üçbucaq da bozumtul ağ rənglə haşiyələnib, burada da külləşmə baş verib. Nə ağacıdır bu görən ? Qulluq görmədiyindən, qayğıdan məhrum olduğundan miskin görkəm alıb, ot-alağın əsirinə çevrilib, sonra da sinəsinə dağ basılıb. Çox da enli olmayan yanmış gövdəsindən sağa-sola uzanan əyriş-üyrüş budaqları çılpaqdır. Şair ağır-ağır ağacı süzür, sifətinin dəyişən ifadələri gözümdən yayınmır. Heç də ürəyini açmır bu mənzərə. Gözə görünməyən quşcuğaz isə gah susur, gah da öz səhər nəğməsini ucadan davam etdirir. Yerli camaat ona “Çəkçəki” quşu deyir... Bir il, bəlkə daha artıq bir zaman ötüb o gündən . Bağ mövsümü başlasa da, hələ qonşuların hamısı köçməyib. Sakitlikdir. Səhər çağı şairlə yenə də dənizə yürüşümüz var. Onun dayandığını görüb, mən də ayaq saxlayıram, baxışlarımı o baxan səmtə yönəldirəm. Bir il bundan öncə bağrı dağlanmış ağac demə xar tut ağacıymış. Buna əyriş - üyrüş budaqlardan göyərmiş üç-dörd zümrüd rəngli kiçik yarpaq, ən heyrətamizi isə, səhər günəşinin şəfəqləri altında yaqut kimi parlayan bir- iki tut dənəsi dəlalət edir. Həyat eşqi özünə qayıdan xar tut ağacı bu yerlərin panoramına xoş bir emosional ahəng bəxş edir. Şair yaraları sağalmaqda olan ağacı mənalı baxışlarla süzür. Mən isə yəqin ki, elə bu gün yaranacaq yeni bir şeirin məzmununu onun gözlərindən oxuyuram sanki: Mənim vətənim də sənin kimidir, dilini kəsirlər, o yenə danışır, qıçlarını qırırlar, yenə yeriyir, bağrına dağ basırlar, yenə də bar verir! Çəkçəkinin xoş nəğməsi yenə ətrafa yayılmaqdadır...
XAR TUT - YUSİF GÜNAYDIN YAZIR



Engin Günaydın sevərlərinə ŞAD XƏBƏR
Azərbaycanda dəhşətli hadisə: Ana və oğul eyni gündə intihar etdi
Xəzərdə üzən gəmilərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ OLUNDU
Xəlil Rza Ulutürkün həyat yoldaşı vəfat etdi
4 yumurtaya 40 manat aldılar - Foto
Siqaret kötüyünü yerə atanlar CƏRİMƏLƏNƏCƏK
Sahilə qeyri-adi varlıq çıxıb - FOTO
Paytaxtdakı ictimai çimərliklərdə yay mövsümünə hazırlıq başa çatdı
Çimərlik mövsümü başladı, ancaq... - Foto
Bu şəxslərin NƏZƏRİNƏ- CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ
Rusiya hərbi gəmiləri Türkiyədən keçdi
21 oktyabr Xəlil Rza Ulutürkün doğulduğu gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 