Masallıda istirahət mərkəzində jurnalist Yusif Məhəmmədoğlundan 4 yumurta, bir pendir və bir çaynik çaydan ibarət səhər yeməyinə 40 manat ödəniş tələb ediblər.
ONN media xəbər verir ki, bu barədə Yusif Məmmədoğlu özü qeyd edib. O bildirib ki, olay Masallı rayonunda yerləşən “Viləş Palas” istirahət mərkəzində yaşanıb.
“Masallı rayonunda yerləşən Viləş Palas MMC-də, yəni Viləş İstirahət Mərkəzində səhər yeməyi yedik. Şəkildə də gördüyünüz kimi, 4 yumurta (biri yeyilib) bir pendir və bir çaynik çaya 40 manat tələb etdilər. Hələ də utanmadan deyirlər ki, biz həyətə, yəni otelin binasından kənara səhər yeməyi vermirik. Yəni səhər yeməyini “Viləş”də ancaq oteldə qaldığın halda yeyə bilərsən. Baxın, səhvi biz eləmişik ki, həyətdə səhər yeməyi yemişik”, - jurnalist vurğulayıb.
İstirahət mərkəzindən bildiriblər ki, səhər yeməyi bir nəfər üçün 10 manatdır:
“Bizə bildirdilər ki, səhər yeməyi bir adam üçün 10 manat, uşaqlar üçün isə ödənişsizdir. Belədirsə, deməli, biz 10 manat ödəməli idik. Uşaqlar pulsuzdur axı! Sonra xidmətçidən soruşdum ki, bu stola qoyduğunuz yumurtanı biz 10 yerə bölüb on adama yesək, o zaman nə qədər ödəcəyik? Dedi, 100 manat. Bax, budur turizim”.




Yeni ili Azərbaycanda qeyd etmək istəyirsinizsə MÜTLƏQ OXUYUN
Masallıda DƏHŞƏTLİ HADİSƏ: 11 gün əvvəl toyu olmuşdu
Səhər yeməyi yeməyən insanların nəzərinə!
Səhər yeməyinin faydaları nələrdir?
Azərbaycanda yeni il tətili üçün şok qiymətlər
Səhər yeməyi bu xəstəlikdən XİLAS EDİR
Arıqlamağa kömək edən menyu
Kalorisi az olan səhər yeməyinin faydaları
1 aya 10 kiloqram arıqladan PƏHRİZ
Səhər yeməyini niyə mütləq yeməliyik?
Gün ərzində neçə dəfə qidalanmaq lazımdır? - Alimlərin fikri
Azərbaycan otellərinin "əl yandıran" YENİ İL QİYMƏTLƏRİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 