ONN İnformasiya Agentliyi

Unutqanlıq xəstəliyin əlamətidir!

Unutqanlıq xəstəliyin əlamətidir!
15-02-2018, 01:04


Sizdə də olurmu?

ONN media maraqlı məlumat təqdim edir.

Unutqanlıq hər yaşdakı insanın ən çox şikayətləndiyi bir məsələdir, ancaq əsasən bir xəstəlik əlaməti olaraq görülməməkdədir. Gənclərə "bu yaşda unutqanlıq olmaz" deyilir, yaşlılara "unutması normal" gözüylə baxılır. Halbuki unutqanlıq orqanizmdə bir xəstəliyin əlaməti olaraq düşünülməli və ekspert bir həkim tərəfindən araşdırılmalıdır. Nevrologiya Mütəxəssisi Doktor Erem Tokuş unutqanlıq ilə əlaqədar bilinməsi zəruri olan məsələləri  araşdırdı.

Unutqanlıq bəzən depressiya, vitamin çatışmazlıqları, tiroit funksiya pozğunluğu ilə bağlı olaraq görülə bilər və uyğun müalicə ilə tam şəfası təmin edilir. Ancaq unutqanlığın ağlını itirmənin ilk əlaməti ola biləcəyi də nəzərə alınmalıdır. Ağlını itirmə və ya demensiya (latınca dementia — əldə edilmiş ağıl zəifliyidir, daha əvvəl mənimsənmiş biliklərin və praktiki bacarıqların itkisiylə, yenilərin əldə edilməsinin çətinliyi və ya qeyri-mümkünlüyüylə idrak fəaliyyətinin dözülməz azalması) orta-qoca yaşlarda başlayan, intellektual bacarıqların günbəgün itib getməsinə səbəb olan bir xəstəlikdir. Xəstəlik, zehni funksiyalar və gündəlik həyat fəaliyyətində sürətli pozulma və davranış problemləri ilə təyin olunur. “Alzheimer” xəstəliyi (alsqeymera — demensiya xəstəliyinin ən yayılmış formasıdır, alman psixiatrı Alois Alsqeymerom tərəfindən 1906-cı ildə ilk dəfə təsvir edilmiş sağalmaz degenerativ xəstəlikdir. Bir qayda olaraq, 65 yaşdan yuxarı olan insanlarda müəyyən olunur, amma alsqeymeranın erkən yaşlarda mövcud olması da mümkündür və bu növ alsqeymera xəstəliyi — xəstəliyin nadir formasıdır. 2006-cı ildə ümumdünya xəstələri arasında 26.6 milyon insanda qiymətləndirilirdi, amma 2050-ci ilədək  xəstələrin sayı dörd dəfə arta bilər) demensiya xəstəliyinə ən çox səbəb olsa da, ağlını itirməyə səbəb ola bilən bir çox başqa xəstəliklər  də vardır.

Xəstəlik, təbiətcə irəliləyə biləcək xüsusiyyətdədir. Hazırkı mövcud müalicə üsulları  xəstəliyin irəliləmə sürətini pauza ilə məhdudlaşdırır.

Başlanğıc mərhələsində xəstənin zehni funksiyalarında axsaqlıqlar mövcud olur. Zehni funksiyalarımız nitq, anlama, ünsiyyət, abstrakt düşünmə, mühakimə kimi intellektual bacarıqlarımızdır. Demans xəstəsi danışarkən söz tapmaqda çətinlik çəkər, oxuduğunu anlaya və şərh edə bilməz. Sadə unutqanlıq kimi başlayan bu intellektual bacarıq itkiləri ümumiyyətlə, fərq edilməz ya da yaşla əlaqəli adi dəyişikliklər olaraq şərh olunar. Çox təəssüf ki, bu mərhələdə həkimə müraciət son dərəcə azdır. Halbuki erkən diaqnoz, hər xəstəlikdə olduğu kimi, ağlını itirmədə də müalicənin daha təsirli olmasını təmin etməkdədir.

Zehni funksiyalardakı axsaqlıqlar gündəlik həyata təsir etməyə başladığında problemlər diqqətçəkici hala gəlir. Məsələn, xəstə telefonunu istifadə edə bilməz, şəxsi təmizliyinə riayət etməz, pul hesabını apara bilməz hala gəlir! Gündəlik həyat fəaliyyətlərinə təsir qoymağa başladığı orta mərhələdə, xəstələr əsas ehtiyacları üçün belə yaxınlarından asılı vəziyyətə düşürlər. Bu dövrdə xəstə şorbasını çəngəllə içməyə çalışır və ya yemək yediyini unudaraq təkrar istəyir.

Növbəti mərhələdə isə artıq davranış problemləri başlayır. Bu dövr, sosialoji və əxlaq təlimlərinə uyğun olmayan davranışlar üzündən xəstə yaxınlarının ən çox sıxıntı keçirdiyi mərhələdir. Xəstə tualetini hara edəcəyini belə bilməz, fiziki və ya şifahi təcavüzkarlıq göstərə bilər. Zaman keçdikcə bu xəstələr yataqdan asılı vəziyyətə düşür.

Demans üçün risk faktorlarına: yaşlılıq, aşağı təhsil səviyyəsi, qadın cinsiyyəti, baş travması, orta yaşlarda başlayan şəkər xəstəliyi və ürək-damar xəstəliyi daxildir.

Ağlını itirmə, xəstə qədər qohumlarına da sosial və iqtisadi olaraq təsir göstərən bir xəstəlikdir.

Xəbərdaredici 10 işarə:

1.Unutqanlıq

Görüşlərimizi, telefon nömrələrini unutduğumuz olur, ancaq demans xəstəsində unutqanlıq daha çoxdur və xüsusilə yaxın keçmişə aid hadisələr daha tez unudulur, keçmiş dövrə görə isə yaddaşı daha yaxşıdır.

2.Düzənli vəzifələri icra etməkdə çətinlik

Müəyyən zamanlarda hamımızın fikri dağınıq olur və yeməyə duz töküb- tökmədiyimizdən əmin olmuruq. Ancaq demans xəstəsi yaxşı bişirə bildiyi bir yeməyi bişirərkən yeməyə lazım olan əsas maddələri əlavə etməyi unudar.

3. Ünsiyyət problemləri

Demans xəstəsi söz tapmaqda çətinlik çəkdiyi üçün nitqinin rəvanlığı pozulur. Özünə deyilən uzun cümlələri anlaya bilmir.

4. Yer və zaman orientasiyasında pozulma

Bəzən ayın neçəsi olduğunu unutduğumuz olmuşdur, ancaq bir demans xəstəsi evinin yolunu tapmaz, evdə otaqların yerini qarışdırar.

5. Pozulmuş mühakimə

Xəstə, mövsümlərə uyğun geyinə bilməz, yay gəldiyində hələ qalın qış paltarlarını geyməyə davam edər.

6. Abstrakt düşüncədə problem

Bir demans xəstəsi yemək masasını görüncə tanıya bilir, ancaq masanın yemək yemək üçün istifadə ediləcəyini düşünə bilmir.

7. Əşyaların yerlərini qarışdırmaq

Açar ya da günəş gözlüyünüzü hara qoyduğunuzu xatırlaya bilmədiyiniz zamanlar olub,  bir demans xəstəsi isə əşyaları əlverişsiz yerlərə qoya bilər: ütünü soyuducuya, qayçısını sobaya və s.

8. Davranış və duyğularda dəyişikliklər

Hamımız vaxtaşırı kədərli oluruq. Demans xəstəsinin duyğularında dalğalanmalar diqqət çəkicidir, səbəbsiz hirslənmə ya da ağlamalar çox rastlanır.

9. Şəxsiyyət dəyişiklikləri

Demans xəstəsi şübhəçidir, yersiz yerə hirslənə bilər.

10. İnisiyatif (təşəbbüs) itkisi

Demans xəstəsi olduqca passiv hala gəlmişdir, qərar verməkdə, təşəbbüs göstərməkdə  çətinlik çəkər, dəstəklənməyə ehtiyacı vardır.



 

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png