İnsanı daha yaxşı tanımaq üçün biz adətən onun hansı bürcə aid olduğu ilə maraqlanırıq. Yaponiyada isə elə hesab olunur ki, insanın xasiyyəti onun qan qrupu ilə sıx bağlıdır. İşə qəbul etdikdə, dost axtardıqda, hətta ailə qurduqda insanın hansı qan qrupuna aid olması bu ölkədə mütləq nəzərə alınır.
ONN media bununla bağlı maraqlı bilgiləri təqdim edir.
1-ci qan qrupu (0) - "Ovçu"
Dünyada yaşayan insanların 40-50%-i məhz 1-ci qan qrupuna aiddir. Bu qan qrupu ən qədim sayılır. Belə hesab olunur ki, əvvəl insanlarda yalnız bu qan qrupu olub, lakin daha sonra qan qruplarının sayı artıb. Bu qan qrupuna aid olan insanlar möhkəm sağlamlığı ilə seçilir. Xasiyyətə gəldikdə isə bu insanlar güclü, cəsarətli, özünə əmin və hətta təkəbbürlü olur. Onlar çox hərəkətli olur, daim tələsir, tez özündən çıxırlar. Onlar hakimlik etməyi xoşlayır, ətrafdakıları özünə tabe etməyə çalışır. Qadınlar olduqca qısqancdır.
2-ci qan qrupu (A) - "Əkinçi"
Bu qan qrupu insanların 30-40%-də təsadüf edilir. Bu insanlar çox ünsiyyətli olur, istənilən vəziyyətə tez alışır. Bəzən çox tərs olurlar. Bu qan qrupuna aid olan insanlar tez inciyirlər, kinli olurlar. Onlar çox utancaq olur. Bu qan qrupuna aid olan qadınlardan gözəl ana və həyat yoldaşları çıxır. Kişilər romantiklərdir, daim ana qayğısını hiss etməyi xoşlayır və bu səbəbdən tez-tez özündən böyük qadınlarla evlənirlər.
3-cü qan qrupu (B) - "Köçəri"
Bu qan qrupu insanların 10-20%-də var. Açıq və nikbin insanlardır. Onlar səyahətlər, yenilik xoşlayırlar, həyatında daim nəsə dəyişməyi çalışırlar. Heç kimdən asılı olmağı xoşlamırlar və bu səbəbdən kiçik də olsa, şəxsi biznesini qurmağa çalışırlar. Haqsızlıqa dözmürlər və haqsızlıqla daim mübarizə aparırlar. Qadınlar çox ekstravaqant olur. Kişilər əsl donjuanlardır.
4-cü qan qrupu (AB) - "Sirr"
Bu, ən cavan və sayca az olan qan qrupudur, insanların yalnız 5%-də təsadüf edilir.
Bu insanların xasiyyəti çox yumşaq və mülayim olur, onlar heç zaman konfliktə getmirlər. Onlar qulaq asmağı və digər insanları anlamağı bacarırlar. Tez-tez özündən narazı və qərarsız olurlar. Bu qan qrupuna aid olan kişi və qadınlar güclü seksual cazibədarlığa malik olurlar.



Xəstəliklərə ən davamlı qan qrupu AÇIQLANDI
Hansı qan qrupu olan insanların ürəyi daha sağlamdır?
Alimlər təhlükəli xəstəliklərlə qan qrupu arasında əlaqə kəşf etdilər
III ixtisas qrupunda GƏRGİNLİK- Nə baş verir?
Bu müsəlman ölkəsində İlk: Zina edəni qadın polislər qamçıladı
Əhvalınız pisdirsə, bunu edin...
Ən çox hansı qan qrupları koronavirusa yoluxur? - PROFESSOR
Bu qan qrupunun daşıyıcıları xərçəngə az tutulur - ALİMLƏR
DÇ-2022: Qrupların tərkibi dəqiqləşib
Bu məhsullar BAHALAŞDI
Bu gündən universitetlərə ixtisas seçimi başlayır
DÇ-2022-nin təqvimi dəqiqləşib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 