İxtisas seçiminin başa çatmasına artıq 6 gün qalır. Hazırki gedişata görə, bu il ixtisas qrupları üzrə ən gərgin vəziyyət III ixtisas qrupunda müşahidə olunur. Maraqlıdır ki, bu gərginliyin yaranmasına səbəb nədir? Təhsil eksperti Elçin Əfəndi Redaktor.az-a açıqlamasında bildirib ki, bu gərginliyin əsas səbəbi III ixtisas qrupuna müraciət edənlərin sayının daha çox olmasıdır: “II ixtisas qrupuna hazırlaşanların III ixtisas qrupuna gəlməsi (tarix fənninə görə) gərginliyi daha da artırır. Subbakalavrların da bu mübarizəyə qoşulması əlavə gərginlik mənbəyi hesab olunur. Kurikulum sistemində hazırlaşanların humanitar fənləri daha asan idi. Ona görə də ən çox 600 balı keçən abituriyent məhz III ixtisas qrupundadır. Çünki onların fənləri olduğu kimi qalmışdı”. Ekspertə görə, bu ildən fərqli olaraq, növbəti ildə il III ixtisas qrupuna sənəd verənlərin sayının azalacağı gözlənilir: “III ixtisas qrupunda riyaziyyat fənni deyil, coğrafiya fənni olsaydı, vəziyyət daha da acınacaqlı ola bilərdi. III ixtisas qrupu üzrə ən aşağı göstərici riyaziyyat fənnindədir. Növbəti il III ixtisas qrupuna sənəd verənlərin sayı azalacaq. Çünki III ixtisas qrupunda uyğun ixtisaslar azdır. Ona görə də buradan II ixtisas qrupuna daha çox axın olacaq”. Qeyd edək ki, ixtisas seçimi iyulun 24-dən etibarən avqustun 6-sı saat 23.59-dək internet vasitəsilə aparılacaq.
III ixtisas qrupunda GƏRGİNLİK- Nə baş verir?



III qrupun qəbul imtahanında yeni fənn - RƏSMİ
150 bal toplayanların NƏZƏRİNƏ
Bu gündən universitetlərə ixtisas seçimi başlayır
Bu qruplarda rəqabət daha güclü olacaq
Əksər abituriyentlər bu universiteti seçir
Qəbul imtahanından az bal toplayan abituriyentlərə ŞAD XƏBƏR
Kolleclərə qəbul olmaq istəyənlər üçün vacib xəbər
Qarabağ universitetinin göstəriciləri açıqlandı
Bu ixtisas qruplarının keçid balları artdı – Ekspert
33 mindən çox abituriyent ixtisas seçimi edib
Bu şəxslər universitetlərdən kənar qalacaq?
Ali məktəblərə ixtisas seçimi başlayır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 