Son bir neçə gündə intensiv yağış Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində bəzi əraziləri su altında qoyub. Bundan ən çox da avtomobil sahibləri zərər görüblər. Çünki sel nəticəsində müxtəlif markalı çox sayda avtomobil suyun altında qalıb.
ONN media Xəzər Xəbər-ə istinadən məlumatına görə, Azərbaycana da əsasən avtomobillər Koreya, ABŞ və Dubay bazarından idxal edilir.
Ən tez, yəni 15 günə Dubaydan Azərbaycana avtomobil gətirmək mümkün olduğu üçün bu işlə məşğul olan sahibkarlar da məhz Birləşmiş Ərəb Əmirliyindən maşın gətirməyə üstünlük verirlər. Bu hal onu deməyə əsas verir ki, həmin nasaz avtomobillər Azərbaycana da gətirilə bilər.
Avtomobil ustası Sahil Ağabəyli deyib ki, adətən, suda qalan avtomobili işbazlar oradan dəyərindən dəfələrlə ucuz alıb, Azərbaycan bazarındakından bir az fərqli qiymətə satırlar.
Suda qalan avtomobildə, xüsusən də alt hissəsində əvvəlcə paslanma, daha sonra da çürümələr olur. Usta deyir ki, avtomobil satışı ilə məşğul olanlar belə nəqliyyat vasitələrinin alt hissəsini təmizlədib, boya vurdururlar. Bunu alan şəxslərin özləri də baxdıqda müəyyən edə bilərlər.
Usta onu da əlavə edib ki, suda qalmış daxiliyanma mühərrikli avtomobillərdən fərqli olaraq, elektromobillərdə təmir xərci daha çox olur. Onun hətta təmirdən sonra istifadə edilməsi də risklidir



Azərbaycanda bu avtomobillər bahalaşıb
Payızda Azərbaycanda avtomobillər bahalaşacaq?
Avtomobil bazarında qiymətlər bahalaşacaq?
Maşın almaq istəyənlərə ŞAD XƏBƏR
Maşın almaq istəyənlərə PİS XƏBƏR
DİQQƏT- Bu sürücülər cərimələnə bilər
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Maşın bazarında SÜKUNƏT - Nə baş verir?
Avtomobil bazarı: Satış azaldıqca dələduzlar artır
Xaricdən maşın gətirənlərə PİS XƏBƏR
Qəza zamanı ən çox zərər vuran avtomobil markaları - SİYAHI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 