Martın 8-də Azərbaycan Dövlət Musiqili Teatrında “Açıq qapı” günü keçiriləcək.
Teatrın mətbuat xidmətindən ONN media-ya bildirilib ki, sənət ocağı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tamaşaçılarına görkəmli yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” komediyasını hədiyyə edəcək.
Səhnə əsərində baş rolun ifaçısı milyonların sevimli gülüş ustası, Xalq artisti Afaq Bəşirqızı olacaq. Nümayiş olunacaq bu səhnə əsəri gözlənilməz və maraqlı situasiyalarla zəngindir.
Tamaşada cərəyan edən hadisələr oğlunun toyuna bir gün qalmış vəzifəli şəxsin dünyasını dəyişməsi ilə başlayır. Onun həyat yoldaşın isə bunu hamıdan gizlətməsi vəziyyəti daha da mürəkkəbləşdirir.
Tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Əsgər Əsgərov, rəssamı Nabat Səmədova, musiqi rəhbəri Xalq Artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənovdur.
Tamaşada digər rolları Əməkdar Artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova və digərləri canlandıracaq. Səhnə əsərinin baletmeystrləri Yelena və Zakir Ağayevlərdir.



Vaqif Səmədoğlunun xatirəsi anılacaq
Şəki Dövlət Dram Teatrı mövsümü bu tamaşa ilə açdı
Azərbaycan Dövlət Musiqili Teatrın həftəsonu repertuarı
“Aşıq Qərib” baleti təqdim ediləcək
“Ölülər” beynəlxalq festivalda çıxış edəcək
“Edama məhkumun son günü” nümayiş olunacaq
Valideynlərin DİQQƏTİNƏ
Cümhuriyyətin 100 illiyi şərəfinə Musiqili Teatrda premyera
Akademik Milli Dram Teatrında yeni səhnə əsərinin premyerası keçiriləcək
Yeni layihə: “Gəlin teatra gedək”
Musiqili Teatr bu dəfə Şəkidə çıxış edəcək
"Leyli və Məcnun" nümayiş olunacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 