Ölkəmizdə təhsil sahəsində aparılan islahatlar və inkişaf proqramlarına kölgə salan vəzifəli şəxslərin əmək vəzifələrini pozması kimi amillərlə mübarizə istiqamətində ardıcıl və təxirəsalınmaz tədbirlər davam etdirilməkdədir.
ONN media xəbər verir ki, Tovuz Peşə Liseyinin fəaliyyəti ilə bağlı barədə daxil olan çoxsaylı şikayətlər əsasında 2021-ci ilin fevral ayında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən müəssisədə əsaslı monitorinq həyata keçirilib.
Alınmış izahatlardan, o cümlədən iş üzrə digər sübutlara baxılaraq müəssisə rəhbərliyinin istehsalat tədris proqram sənədlərinin tərtibi, tədris işlərinin planlaşdırılması və uçotu, metodik işlərin təşkil edilməsi, liseyin tədris-istehsalat fəaliyyətinə dair hesabat və uçot işlərinin həyata keçirilməsi, tələbələrə təqaüdlərin ödənilməsi, dövlət əmlakının idarə edilməsi və səmərəli istifadə olunması ilə bağlı normativ hüquqi aktların tələblərini pozaraq dövlət büdcəsinə və əmlakına zərər vurduğu, bununla da əmək vəzifələrini kobud şəkildə pozduqları müəyyən edilib.
Qanun pozuntularına yol verilməsinə kifayət qədər şübhələr yaradan sənədlər, o cümlədən tələbələrə məxsus təqaüd kartları və istintaq üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək qeydiyyata alınıb.
Yoxlamanın yekun nəticəsi olaraq, 16 mart tarixindən Tovuz Peşə Liseyinin bir sıra rəhbər şəxsləri ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və iş üzrə toplanmış faktlar araşdırılması üçün müvafiq olaraq hüquq-mühafizə orqanlarına təqdim edilib.
Hazırda Peşə Təhsili üzrə Dövlət Agentliyinin təqdimatı əsasında digər 3 peşə təhsil müəssisəsinin rəhbər şəxsləri barəsinə prokurorluq orqanlarına cinayət-istintaq işi aparılır.(publika)



İlham Əliyev Füzulidə Peşə Liseyinin təməlini qoydu
İlham Əliyev Azərbaycanla Türkiyə arasında imzalanan sənədi təsdiqlədi
Prezident “Təhsil haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Peşə təhsili almaq istəyənlərin NƏZƏRİNƏ
Peşə məktəblərinə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Baş nazir təsdiqlədi: Bu şəxslər dövlət hesabına müalicə ediləcək
Bu şəxslər dövlət hesabına müalicə ediləcək – Qərar
Nazirlik universitetlərlə bağlı bu qaydaları təsdiqlədi
Peşə məktəbləri ilə bağlı YENİ QƏRAR
Peşə təmayüllü siniflərin yaradılacağı yerlər açıqlandı
Nəticələr bu gün elan olunacaq - DİQQƏT
Prezident TƏSDİQLƏDİ: Bəzi şəxslər özəl universitetlərdə pulsuz təhsil alacaqlar
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 