12-13 may tarixində ilk dəfə Azərbaycanda folklor rəqsləri üzrə dünya kuboku keçiriləcək.
ONN media xəbər verir ki, kuboku Azərbaycan Gənclər İttifaqı, Azərbaycan Rəqs Assosiasiyası və WADF ( Dünya İncəsənət və Rəqs Federasiyası) birgə təşkil edəcəklər. Həmçinin yarışmanın tərkibində Bollywood ( Hind rəqsləri ), Belly dance ( Şərq rəqsləri ) və Flamenko rəqs növləri üzrə yarış keçiriləcək.
Azərbaycan Gənclər İttifaqının sədr müavini və Azərbaycan Rəqs Assosiasiyasının Prezidenti Əziz Əzizov bildirib: "Bakıda bu səviyyədə yarışmaya ev sahibliyi etmək bizim üçün şərəfdir. Uzun illərdir rəqqaslarımız beynəlxalq arenada yüksək səviyyədə folklor rəqslərimizi qoruyub saxlayırlar. Avropa Çempionatından, Qafqaz və digər regional yarışlardan olan mükafatlar buna əsasdır. Ötən il yeddi mindən çox iştirakçını bir araya gətirən Azərbaycan Çempionatından bəhs etmək kifayətdir. Belə yüksək rəqabət nəticəsində həqiqətən güclü və keyfiyyətli ansambllar yaranır. Biz məmnuniyyətlə ölkəmizdə mədəniyyətin və turizmin inkişafına böyük töhfəmizi verə bilərik".
Yarışma 12 və 13 may tarixlərində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək. Yarışma 9:00-da başlayacaq. Hakimlər beş ölkədən təmsil olunur. Yaş kateqoriyaları: uşaqlar 1 ( 6-7 yaş ), uşaqlar 2 ( 8-9 yaş ), yeniyetmələr 1 ( 10-12 yaş), yeniyetmələr 2 ( 13-15 yaş ), böyüklər 1 ( 19-32 yaş ), böyüklər 2 ( 33 və yuxarı yaş).



Bakıda ilk dəfə akrobatika gimnastikası üzrə dünya çempionatı keçiriləcək
"Dostlar Asimanda görüşür" adlı folklor rəqs festivalı keçirilib
10 ölkənin musiqiçiləri Şuşaya gedir
Dünya kuboku Messiyə təqdim olundu
UEG Texniki Komitəsinin nümayəndəsi: Azərbaycan Gimnastika Federasiyası qüsursuz işləyir
Şuşada “Xarıbülbül” festivalı başa çatdı
Azad Rəhimovdan çempionatla bağlı açıqlama
Xalq artisti Roza Cəlilovanın 90 illiyi qeyd ediləcək
İlham Əliyev və Mehriban Əliyeva Şuşada “Xarıbülbül” Festivalında
Bakıda dünya çempionatının təntənəli bağlanış mərasimi oldu
Rusiya folklor kollektivlərinin konsert proqramı maraqla qarşılanıb
"Cümhuriyyət üçün rəqs et!” adlı uşaq bağçaları arasında rəqs festivalı keçirilib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 