Gələn il Ukraynada əfsanəvi müğənni Müslüm Maqomayevə həsr olunmuş beynəlxalq mahnı müsabiqəsi keçiriləcək.
ONN media "Report"a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan-Ukrayna" İttifaqının sədri Elmar Məmmədov bildirib.
Onun sözlərinə görə, təşkilatçılar 2018-ci ilin avqust ayında Ukraynanın Truskavets şəhərində keçiriləcək müsabiqə üçün əfsanəvi sənətkarın mahnılarını ifa edəcək ən yaxşı ifaçıları toplamaq niyyətindədirlər. Münsiflər heyətinin tərkibində hər iki ölkənin tanınmış mədəniyyət və ictimai xadimləri yer alacaq. Münsiflər heyətinin sədri kimi Ukraynanın xalq artisti Qurban Abbasovu seçmək planlaşdırılır.
Müsabiqə iştirakçıları vokal istedadlarını nümayiş etdirməklə yanaşı, Müslüm Maqomayevin tərcümeyi-halı və nailiyyətləri, onun filmləri, konsertləri və yaratdığı musiqi əsərləri haqqında verilən suallara da cavab verməlidirlər.
Birinci yeri tutuan iştirakçıya qızıl medal və Azərbaycana birhəftəlik səfər üçün putyovka veriləcək.
Tədbirin əsas məqsədi Ukraynada Azərbaycan mədəniyyətinin populyarlaşdırılması, eləcə də dost dövlətlər arasında mədəni əlaqələrin möhkəmləndirilməsidir.



Müslüm Maqomayevə həsr edilən konsert keçiriləcək
Bakıda “Müslüm Maqomayev gənclərin ifasında” adlı müsabiqə elan olunub
Astanada Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş konsert keçirilib
Ukrayna Azərbaycanlıları Radası “Etnik Çələng” festivalında
Azərbaycan xalqı onunla fəxr edir- İlham Əliyev
Azərbaycanın səslərini onlar açıqlayacaq
Bugün Müslüm Maqomayevin doğum günüdür
"Avroviziya-2022"nin birinci yarımfinalı başladı - CANLI
“Eurovision”nun Amerika versiyası keçiriləcək
İlham Əliyev mühüm sərəncam imzaladı
Ukraynada Azərbaycan məscidi tikiləcək
Kiyevdə parka Müslüm Maqomayevin adı veriləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 