Limonu adətən çayla içməyi sevirik. Amma limon şirniyyatlara da özünəməxsus turşməzə dad, ətirli qoxu verir. ONN media sizə limonlu tartın hazırlanma qaydasını təqdim edir.
Ərzaqlar:
1 stəkan un
1,5 xörək qaşığı kərə yağı
1 stəkan süd
1,5 xörək qaşığı pudra şəkəri
1 yumurta sarısı
1,5 ədəd limon
1 ədəd portağal
1,5 stəkan su
1 paket jele
1 stəkan şəkər tozu
Hazırlanması:
Unu geniş bir ləyənə tökün və ortasını oyun. İçinə kərə yağını, yumurta sarısını, 1 çay qaşığı limon suyu, süd əlavə edib yoğurun. Üstünü örtün və 1 saat saxlayın. Limon və portağalı sıxın. Portağal və limon suyuna, şəkər tozu, jele və su töküb, yavaş-yavaş qarışdıraraq, az odda bişirin. Tündləşdikdə ocaqdan götürün və soyumağa qoyun.
Tart qəliblərinizi yağlayıb un səpin. Xəmiri qəlibə qoyub, əlinizlə yayın. 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Sobadan çıxdıqdan sonra üzərinə hazırladığınız jeleni tökün, üstündən də limon dilimləri düzün. Yenidən sobaya qoyub limon dilimlərinin qızarması üçün 10 dəqiqə bişirin.
Nuş olsun!



Limonlu tartın HAZIRLANMA QAYDASI
Almalı-qozlu paxlava necə hazırlanır? - RESEPT
Limon mürəbbəsi necə hazırlanır? - RESEPT
Asan hazırlanan çiyələkli tart – RESEPT
Asan hazırlanan çiyələkli tart – RESEPT
Tiramisu belə bişirilir – HAZIRLANMA QAYDASI
Qatıqlı şirniyyat resepti
Lahmacun RESEPTİ
Kartof dolması hazırlanması
Şəkər çörəyi necə hazırlanır? - QAYDASI
Novruz bayramının ayrılmaz şirniyyatlarından şəkərbura - HAZIRLANMA QAYDASI
Fərqli dad: qozlu şirniyyat
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 