Lobya 100 il yaşamaq istəyənlər üçün vacib qida maddəsi adlandırılıb.
ONN media xəbər verir ki, məşhur qida mütəxəssisi Den Büttner uzun ömür üçün lobya yeməyi məsləhət görüb.
"Daily Mirror" qəzetinin yazdığına görə, lobya və digər paxlalı bitkilər əksər yüzilliklərin pəhrizində geniş yayılmış əsas qidadır.
Den Buettner, uzun illər sakinlərinin həyatını araşdırıb və qidalanmanın uzunömürlülüyün əsasını təşkil etdiyi qənaətinə gəlib.
O, bəzi bölgələrdə insanların adətən təbii inqrediyentlərdən hazırlanmış sadə və əlverişli yeməklər yediklərini aydınlaşdırıb.
Büttner 100 yaşa qədər yaşamaq istəyənlərə onların nümunəsini izləməyi və sadə bir pəhriz saxlamağı məsləhət görüb.
O, bir çox ölkələrin mətbəxində olan lobyanı belə bir pəhrizin əsas tərkib hissəsi adlandırıb.
"Ən uzun yaşayan insanlar orta hesabla bir insandan ən azı dörd dəfə çox paxlalı yeyirlər", - deyə o qeyd edib.
Mütəxəssis əlavə edib ki, paxlalılar sabit enerji səviyyəsini təmin edən zülal, lif və mürəkkəb karbohidratlarla zəngindir.
O, sağlamlığınızı qorumaq və uzun ömür şansınızı artırmaq üçün hər gün ən azı yarım stəkan bu qidalardan istifadə etməyi tövsiyə edir.
Məlumat üçün bildirək ki, onkoloq Uilyam Li əvvəllər xərçəngin qarşısını almaq üçün soya, pomidor, alma və giləmeyvə yeməyi tövsiyə etmişdi .
O, bu qidaların tərkibindəki maddələrin şişlərdən qoruyan immunitet sistemini gücləndirməyə kömək etdiyini söylədi.



Şirniyyat həsrətindən necə qurtulmaq olar? - Ekspertdən 4 QIZIL MƏSLƏHƏT
Məşhur insanların pəhrizləri bunlardır
Yaşıl lobyanın inanılmaz FAYDASI: Müntəzəm olaraq istifadə ediləndə...
Yaşıl lobyanın sağlamlığımıza MİSİLSİZ FAYDALARI
Gün ərzində neçə dəfə qidalanmaq lazımdır? - Alimlərin fikri
Şəkər xəstələri bu yazını mütləq oxuyun
Sahura qalxmadan oruc tutmayın! - XƏBƏRDARLIQ
Bu qidalarla formada qalın
Səhər nə yesək faydalı olar?
Arıqlamaq üçün 5 SADƏ ÜSUL
Çəkini nəzarətdə saxlamaq üçün bu qaydalara riayət edin
Ürək damar xəstəliklərindən necə qorunaq?
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Fidan Ukraynaya səfərə gedir
Sabahın havası açıqlandı 