Yeni ləzzətlər sınamaq istəyənlər üçün fərqli reseptimiz var.
ONN media sizə ləzzətli toyuq dolmasının hazırlanma qaydasını təqdim edir.
Lazım olanlar:
1 ədəd toyuq
İçi üçün:
1 stəkan yarım düyü
2 ədəd soğan
2 stəkan isti su
2 yemək qaşığı kərə yağı
1 yemək qaşığı dolmalıq fıstıq
1 çay qaşığı darçın
1 çay qaşığı duz
1 çay qaşığı istiot
Üstü üçün:
1 yemək qaşığı kərə yağı
1 çay qaşığı limon suyu
1 çay qaşığı istiot
Hazırlanması:
Soğanı doğrayın və yağda qovurun. Daha sonra düyünü əlavə edin və 6-7 dəqiqə bişirin. Dolmalıq fıstığı, istiot, darçını əlavə edin və 3-4 dəqiqə bişirin. İsti suyu tökəndən sonra qapağını bağlayaraq, 10 dəqiqə az odda bişirin. Təmizlədiyiniz toyuğun içinə hazırladığınız plovu doldurun. Kərə yağı, limon suyu və istiotu bir qabın içərisində yaxşıca qarışdırın. Hazırladığınız qarışım ilə toyuğu yağlayın. Sobanı 180 dərəcəyə qoyub təxminən 45 dəqiqə bişirin. Plovla bərabər servis edə bilərsiniz.
Nuş olsun!



Mahluta şorbasının hazırlanması
Sobada manqal keyfi: Toyuq kababı resepti
Arpalı əriştə şorbasının HAZIRLANMASI
Arpalı əriştə şorbası resepti
Kartof dolması hazırlanması
Ətli əncir dolması necə hazırlanır? - QAYDASI
Balıq şorbası resepti
İtalyan pizzası resepti
Çoban qovurmasının hazırlanması
Beyti kababı resepti
Beyti kababı resepti
Balıq şorbası necə bişirilir? - RESEPT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 